Spotify-dan yaradıcılara 100 milyon dollarlıq dəstək
Spotify məzmun yaradıcılarına 100 milyon dollarlıq dəstək göstərəcək.Onlayn musiqi bazarının aparıcı şirkətlərindən biri olan Spotify-ın baş direktoru Daniel Ek, kifayət qədər tanınmayan yaradıcıların musiqi və audio məzmunlarının lisenziyalaşdırılması, inkişafı və marketinqinə 100 milyon dollar sərmayə yatıracağını açıqlayıb.
Spotify-ın son məlumatlarına görə, şirkətin 172 milyondan çox ödənişli abunəçisi var və aktiv istifadəçilərinin sayı ayda 381 milyona çatıb.
Marja xəbər verir ki, Spotify son bir neçə gündə platformada davam edən müzakirə ilə gündəmə gəlib. Kanadalı bəstəkar və müğənni Neil Young (Nil Yanq ) bu yaxınlarda Spotify-dan musiqilərini silməyi xahiş edən bir məqalə dərc edib. Səbəb onun Covid 19 və peyvəndlərlə bağlı açıqlamalarına görə başqa müğənni Joe Rogan (Co Roqan) ilə eyni platformada olmaq istəməməsi olub.
Nil Yanq Co Roqanı ictimaiyyəti çaşdırmaqda və peyvəndlər haqqında dezinformasiya yaymaqda ittiham edib. Spotify 2020-ci ildə Co Roqan ilə podcast müqaviləsi imzalayıb. Bu müzakirənin nəticəsi olaraq Spotify Neil Young yerinə Joe Rogan-ı seçib və onun istəyi ilə Young-ın musiqisini platformadan çıxarmağa başlayıb. Neil Young Spotify-ı platformanın məzmununu kifayət qədər idarə etməməkdə və Roqanı dəstəkləməkdə günahlandırır. Buna baxmayaraq, populyar xidmət Covid-in başlanğıcından bəri pandemiya ilə əlaqəli 20,000-dən çox podkast epizodunu sildiyini bildirib. Mübahisənin mərkəzində olan musiqiçi Joe Rogan Instagram-a yüklədiyi bir videoda Spotify-ı pandemiya ilə bağlı bir mövzuda gündəmə gətirdiyi üçün üzrxahlıq mesajı ilə bir video yayımlayıb.
Bu arada Apple boş oturmayıb. Covid 19 haqqında yalan məlumatlara ciddi şəkildə qarşı çıxan şirkət, bu həftə Apple Music-də Neil Young-ın musiqilərini önə çıxarıb.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 23 d. əvvəl
-
- 29 d. əvvəl
- 38 d. əvvəl
-
49 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 53 d. əvvəl
-
1 saat əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb












.jpg)






.jpg)



