Dolların bahalaşacağına dair gözləntilər artır
ABŞ Mərkəzi Bankı (FED) gözlənildiyindən daha çox “şahin” mesajlar verdikdən sonra, valyuta bazarları bu il FED-in faizini 5 dəfə artırılacağını gözləyir.
Marja xəbər verir ki, eyni zamanda dolların daha da bahalaşacağına dair gözləntilər də artır.
FED-in “şahin” mövqeyi (pul siyasətinin sərtləşdirilməsi tərəfdarı olması) ABŞ dollarının bahalaşmasını dəstəkləyir.
Opsion bazarlarındakı mövqelər investorların dolların bahalaşmağa davam edəcəyini gözlədiyini göstərir.
Qurumlar dolların bahalaşacağını gözləyirlər
“Standard Bank”ın Valyuta Strategiyasının Direktoru Steven Barrow, "Biz uzun müddətdir ki, FED-dən siyasət sürprizi görmədik" deyib. Onun sözlərinə görə, “bu, valyutalar üçün böyük risk olsa da, dolları dəstəkləyən bir vəziyyətdir”.
Tarixən FED daha proqnozlaşdırıla bilən sərtləşdirmə dövrünə girdiyi zaman dolların möhkəmlənməsi zamanla azalıb, lakin bəzi strateqlərin fikrincə, bu dəfə vəziyyət fərqli ola bilər.
Strateqlər deyirlər ki, ABŞ Mərkəzi Bankının sədri Cerom Pauel faizin daha sürətli artırılmasına yol açan mesajları ilə bazarı təəccübləndirməyə davam edir. “TD Securities”in strateqləri, o cümlədən Jim O'Sullivan, FED-in pul siyasətini aqressiv sərtləşdirmək ehtiyacı mövzusunda ehtiyatlı olmadığını qeyd edərək, "Bu, bu il dolların əlavə bahalaşacağı barədə gözləntimizi dəstəkləyir" deyib.
“BNY Mellon FX”in strateqi Con Velis də ABŞ dollarının ən azı Fed-in faizi bu il ilk dəfə artırmasına qədər bahalaşmaqda davam edəcəyini proqnozlaşdırıb.
Həmçinin oxu
FED “çap edilmiş” dollarları geri yığacaqMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 7 d. əvvəl
-
- 23 d. əvvəl
- 23 d. əvvəl
- 26 d. əvvəl
- 45 d. əvvəl
- 58 d. əvvəl
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı - SON MƏBLƏĞ
-
1 saat əvvəl
SOCAR data mərkəzləri və süni intellekt sahələrinə investisiya yatırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Ən çox oxunanlar
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
“PAŞA Sığorta” mənfəəti ilə bazar liderliyini qoruqmaqdadır

















.jpg)






