671 ton quru tütün istehsal edib, 187 tonunu Rusiyaya ixrac edib
“Zaqatala AGRO İndustry” MMC-nin emal məntəqəsində ötən il 671 ton quru tütün istehsal edilibYaponiyanın “Tet İnternational Development” şirkətinin törəmə müəssisəsi olan “Zaqatala AGRO İndustry” MMC-nin tütünqurutma məntəqəsində 2021-ci ildə 671 ton quru tütün istehsal edilib. Rusiya şirkətləri ilə bağlanmış müqaviləyə əsasən ötən ilin sonunadək bu ölkənin bazarlarına 187 ton quru tütün ixrac olunub və proses cari ildə də davam etdiriləcək. Bu barədə “Zaqatala AGRO İndustry” MMC-dən məlumat verilib.
Qeyd edək ki, “Tet İnternational Development” şirkəti Azərbaycanda 3 ildir ki, fəaliyyət göstərir. Əsasən kənd təsərrüfatı sahəsinə sərmayələr qoyan şirkət ölkəmizdə tütünçülüyün inkişafı ilə bağlı bir sıra layihələr həyata keçirir. Hazırda Azərbaycanda şirkətin 4 tütünqurutma müəssisəsi işləyir. Bu müəssisələr Oğuz, Tovuz, Şəki və Zaqatala rayonlarında yerləşir. Şirkətin törəmə müəssisəsi olan “Zaqatala AGRO İndustry” MMC-nin tütünqurutma məntəqəsi bu müəssisələr arasında ən böyüyüdür.
Şirkət tərəfindən Zaqatala rayonunda emal müəssisəsinin tikintisinə 2021-ci ilin yanvarında başlanılıb və iyulda istifadəyə verilib. Məntəqədə 120 tütünqurutma kamerası quraşdırılıb. Tütün istehsalı ilə bağlı ötən il Zaqatala, Qax və Şəki rayonlarında 54 fermerlə müqavilə bağlanılıb, onlara şitil yetişdirmək üçün pulsuz toxum verilib. Eyni zamanda fermerləri tütün şitilləri ilə təmin etmək üçün məntəqənin özündə 48 ədəd istixana quraşdırılıb.
Məhdud Məsuliyyətli Cəmiyyətdən verilən məlumata görə, ötən il müəssisə tərəfindən Zaqatala rayonunda 300 hektar, Qaxda 365 hektar, Şəkidə 35 hektar olmaqla, ümumilikdə, 700 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilib. Mövsüm ərzində emal məntəqəsinə istehsalçılardan 5 min 388 tonadək yaşıl tütün kütləsi daxil olub.
2022-ci ildə “Zaqatala AGRO İndustry” MMC tərəfindən Zaqatala və Qax rayonlarında 600 hektaradək sahədə “Virciniya botaniki” növlü tütün əkilməsi proqnozlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 3 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
9 saat əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
9 saat əvvəl
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
-
9 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
Ən çox oxunanlar
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib






.jpg)










.jpg)


