“Norm” şirkətinin xalis mənfəəti azalıb
Azərbaycanda sement istehsalçısı “Norm” ASC 2020-ci ili 26 milyon 614 min manat xalis mənfəət ilə başa vurub. Bu, 2019-cu illə müqayisədə 3 milyon 473 min manat və ya 11,5% azdır. Şirkət 2019-cu ili 30 milyon 87 min manat xalis mənfəət ilə bağlamışdı.
Marja.az şirkətin illik maliyyə hesabatına istinadən xəbər verir ki, “Norm” şirkətinin satışdan gəlirləri 2019-cu illə müqayisədə 2020-ci ildə 7 milyon 117 min manat və ya 4,8% artaraq 156 milyon 327 min manat təşkil edib.
Gəlirlərin artmasına baxmayaraq "Norm" şirkətinin xalis mənfəətinin azalması xərclərinin artması ilə bağlıdır. Ötən il şirkətin ümumi və inzibati, çatdırılma xərcləri artıb.
2019-cu illə müqayisədə 2020-ci ildə "Norm" ASC-nin cəmi əməliyyat xərcləri 8 milyon 669 min manat və ya 7,7% artaraq 121 milyon 459 min manat təşkil edib. 2019-cu ildə şirkətin əməliyyat xərcləri 112 milyon 790 min manat təşkil etmişdi. Xərclər artdığından əməliyyat mənfəəti 1 milyon 740 min manat azalaraq 34 milyon 868 min manata düşüb.
2019-cu illə müqayisədə 2020-ci ildə "Norm" ASC-nin cəmi aktivləri 6,8% azalaraq 269 milyon 131 min manata geriləyib. 2019-cu ilin sonunda şirkətin cəmi aktivləri 288 milyon 696 min manat təşkil etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur




.jpg)





.jpg)







