Azərbaycanda elektrik enerjisi istehsalı artıb
Energetika Nazirliyinin yaydığı məlumata görə, 2021-ci ilin 11 ayı üzrə elektrik enerjisinə dair operativ məlumatlara əsasən, noyabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2408,9 mln. kVt·st, ixracı 233,9 mln. kVt·st, idxalı 10,4 mln. kVt·st olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə noyabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 288,4 mln. kVt·st, ixrac 146,1 mln. kVt·st artıb, idxal isə 0,3 mln. kVt·st azalıb.
Cari ilin yanvar-noyabr aylarında isə respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1843,4 mln. kVt·st artaraq 25264,8 mln kVt·st olub. Hesabat dövründə ötən ilin 11 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 1672,0 mln. kVt·st artaraq 23764,2 mln kVt·st, SES-lərdə 180,4 mln. kVt·st artaraq 1193,5 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 9,0 mln. kVt·st azalaraq 307,1 mln. kVt·st olub. Külək elektrik stansiyalarında 82,7 mln. kVt·st, günəş elektrik stansiyalarında 51,9 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTYZ) isə 172,5 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
11 ayda elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 22686,5 mln. kVt·st (İES-lərdə 21632,8 mln. kVt·st, SES-lərdə 1053,7 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 418,0 mln. kV·st (İES-lərdə 243,4 mln. kVt·st, SES-lərdə 126,5 mln. kVt·st, GES-də 48,1 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 60,3 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə 2100,0 mln. kVt·st təşkil edib.
2021-ci ilin 11 ayı ərzində elektrik enerjisinin ixracı 1389,5 mln. kVt·st olmaqla, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 400,5 mln. kVt·st artıb.
Bu dövrdə elektrik enerjisinin idxalı 141,0 mln. kVt·st olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 15,3 mln. kVt·st artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 18 d. əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 23 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər






.jpg)







.jpg)







