Azərbaycanda noyabrda daha az avtomobil yığılıb, anbarlarda say artıb
Azəbaycanda avtomobil istehsalı oktyabrdakı 346 ədəddən noyabrda 130 ədədə geriləyib.2021-ci ilin yanvar-noyabr aylarında (11 ayda) Azərbaycanda 1992 ədəd və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,3% çox (və ya 350 ədəd çox) minik avtomobili istehsal olunub (yığılıb).
2021-ci ilin yanvar-oktyabr aylarında (10 ayda) Azərbaycandaa 1862 ədəd minik avtomobili istehsal edilmişdi. Beləliklə, noyabrda Azərbaycanda 130 ədəd minik avtomobili istehsal edilib. Sentyabrda Azərbaycandakı müəssisələr tərəfindən 302 ədəd, oktyabrda isə 346 avtomobil buraxılmışdır.
Marja Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 01.12.2021-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 381 ədəd təşkil edib. 01.11.2021-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 365 ədəd təşkil etmişdi.
TRAKTOR İSTEHSALI KƏSKİN ARTIB
2021-ci ili yanvar-noyabr aylarında Azərbaycanda 365 ədəd traktor istehsal edilib. İstehsal ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə artıb. 01.12.2021-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 55 ədəd təşkil edib.
Xatırladaq ki, 2020-ci ildə Azərbaycanda 1949 ədəd və ya 2019-cu illə müqayisədə 411 ədəd az minik avtomobili, 300 ədəd və ya 2019-cu illə müqayisədə 66.9% az traktor istehsal edilmişdi.
Qeyd edək ki, Azərbaycanda minik avtomobilləri Neftçala, Hacıqabul və Naxçıvanda, traktorlar isə Gəncədə istehsal edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır













.jpg)








