Neft bazarı "şist fırtınası" ilə üz-üzədir: ABŞ hasilatı kəskin artırır
ABŞ-ın şist sənayesi 2020-ci ildə misli görünməmiş çətin bir ildən sonra hasilatı artırmağa başlayıb. Qeyd edək ki, 2020-ci ildə ABŞ-ın şist neft istehsalı gücünün 20%-i dayanmış və tədarük sutkada 2,5 milyon barel azalmşdı.
Marja-nın məlumatına görə, ABŞ Energetika Nazirliyinin aylıq qazma məhsuldarlığı hesabatında deyilir ki, ABŞ-da ən böyük olan və ölkədə çıxarılan hər ikinci barelin hasil edildiyi Perm (Permian) hövzəsində hasilat dekabrda gündəlik 4,96 milyon barelə çatıb.
Agentliyin proqnozuna görə, Texas və Nyu-Meksiko sərhəddində yerləşən nəhəng yataq pandemiyanın başlanğıcından bəri maksimum gücünü çatır və 2022-ci ildə tədarükü artırmağa davam edəcək.
Energetika Nazirliyinin məlumatına görə, Yanvarda Permdə sutkada 5,031 milyon barel neft hasil ediləcək ki, bu da rekord olacaq.
ABŞ-ın yeddi ən böyük şist yatağında ümumi hasilat ilin əvvəlindən gündəlik 768 min barel artaraq gündəlik 8,342 milyon barelə çatıb. ABŞ-da ümumi hasilat sutkada 11,7 milyon barel təşkil edir ki, bu da 2020-ci ilin birinci rübündə qeydə alınmış tarixi maksimumdan hələ də 500 min azdır.
Amerikalı neft və qaz şirkətləri qiymətlər bir barel üçün 70 dollardan yuxarı "rahat zonaya" daxil olduqdan sonra şist kranlarını birlikdə çevirmək qərarına gəliblər.
"Rystad Energy" proqnozlaşdırır ki, 2022-ci ildə şistə kapital qoyuluşları 20% artaraq 88,4 milyard dollara çatacaq.
"Exxon Mobil" və "Chevro"n kimi nəhənglər Permə diqqət yetirməyi planlaşdırır. Sonuncu hövzədə istehsala 3 milyard dollar sərmayə qoyur.
ABŞ-ın əlavə neft barelləri "OPEC+"un hasilatı bərpa etdiyi bir zamanda və pandemiyanın yeni dalğası səbəbindən artıq zəifləmə dövrünü yaşayan bazara daxil olacaq.
Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, dekabr ayında dünya neft hasilatı tələbatı üstələməyə başlayıb və bu fərq yalnız yaxın aylarda artacaq.
2022-ci ilin birinci rübündə artıq neft tədarükü sutkada 1,7 milyon barelə, ikinci rübdə isə OPEC+ kartelinə daxil olmayan ölkələrdə hasilatın kəskin artması səbəbindən 2 milyon barelə çatacaq.
Proqnoza görə, gələn il neft hasilatı əsasən ABŞ, Kanada və Braziliyada istehsalın artması hesabına rekord səviyyəyə çatacaq.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 48 d. əvvəl
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
20 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb






.jpg)
.jpg)




.jpg)



.jpg)







