Rusiyada milli kriptovalyuta hazırlanır
Rusiya Bankı (Mərkəzi Bank) milli kriptovalyutasını hazırlayacaq.
Bu barədə Rusiya Bankının Olqa Skoroboqatova açıqlama verib.
Skoroboqatova Peterburq iqtisadi forumunda çıxışında bildirib ki, "bütün ölkələrin mərkəzi bankları bu fikrə gəlib ki, öz milli kriptovalyutalarını yaratmaq lazımdır, bu, gələcəkdir. Bunun dəqiq vaxtını hər bir ölkə özü təyin edəcək. Pilot layihə ilə Rusiya milli valyutası üçün hansı sistemi istifadə edəcəyini müəyyən edəcək".
Söhbət rublun virtual analoqundan gedir. Bu pul elektron şəkildə olacaq. Nəticədə, ölkədə qeyri-nağd pul dövriyyəsi artacaq. Bununla yanaşı Rusiya Bankı öz kriptoqrafiyasını yaradaraq əməliyyatları qorumağa çalışacaq.
Rusiya Bankının pilot layihəsi maliyyə bazarı iştirakçıları və "Fintex" şirkəti tərəfindən həyata keçiriləcək. İlk hazırlıqların 2-3 ilə tamamlanması gözlənilir. Rəqəmsal valyuta bölüşdürülmüş reyestrlər texnologiyaları bazasında aparılacaq. Bu texnoogiyalardan onlarla olsa da, ən geniş yayılmışı blokçeyndir.
©Report
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
-
- 7 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 15 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
15 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım







.jpg)





.jpg)





.jpg)





