Bank Respublika müştəriləri öz hesablarını EPUL platformasında izləyə biləcək
Ölkəmizdə rəqəmsal bankçılığın inkişafına böyük diqqət ayıran Bank Respublika, EPUL onlayn xidmətlər platforması ilə birgə fintex sahəsində növbəti bir ilkə imza atıb.
Artıq Bank Respublika müştəriləri E-Pul.az platforması üzərindən Open Banking xidməti sayəsində öz şəxsi hesablarını izləmək və hesab tarixçələrini nəzərdən keçirmək imkanına malik olacaqlar. Bu layihə vasitəsi ilə Bank Respublika müştəriləri bank olmayan platforma ilə tam təhlükəsiz öz hesabları haqda məlumat ala biləcəklər. Yaxın gələcəkdə isə hətta hesabı idarə etmək də mümkün olacaq.
“Müasir dövrün tələblərinə uyğun təqdim edilən Open Banking platforması maliyyə xidmətlərinin əlçatanlığı istiqamətində hazırlanan müstəsna bir layihədir. Bizim başladığımız bu layihənin yaxın gələcəkdə ölkəmizdə də geniş tətbiq olunacağına əminik. Azərbaycan Mərkəzi Bankı da bu sahənin inkişafına xüsusi dəstək verir. Əminəm ki, bu layihə fintex şirkətləri ilə əməkdaşlıq imkanlarımızı genişləndirərək rəqəmsal transformasiya prosesində həlledici mərhələ olacaqdır”. – deyə Bank Respublikanın İdarə Heyətinin Sədr müavini Elnur Həsənov qeyd edib.
“Texniki tərəqqinin nailiyyətlərinə əsasən rəqəmsal bankçılığın inkişafı diqqət mərkəzindədir. “PAYSİS”MMC Bank Respublikanın Open Banking platformasının təqdiminin əhali üçün səmərəli olması ilə bərabər daha da inkişaf etməsi istiqamətində müştərək işlərini davam etdirməkdədir. Atdığımız hər bir addım və təqdim edilən yeniliklər onlayn ödənişlərin artırılması və daha rahat olmasına xidmət edir. 450 mindən çox istifadəçisi olan bir platforma yalnız və yalnız inkişaf, keyfiyyət naminə çalışmaqdadır” – deyə şirkətin direktoru Samir Nasibov vurğulamışdır.
E-Pul.az-ın yaradıcısı olan “PAYSİS” MMC 2014-cü ilin avqust ayında təsis edilib. İnnovativ ödəniş platforması kommunal, mobil, sığorta, bank, internet, YDM və digər ödənişləri, eləcə də müxtəlif məhsulların alışını təmin edir.
Bank Respublika - 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı beş bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə qurumları - DEG İnvestisiya Korporasiyası (KfW və SIDT bank qrupunun üzvü) və Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
5 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)





