"Rusiya SWIFT-dən çıxarılsa, dünya iqtisadiyyatı çökəcək"
"ABŞ-ın mümkün yeni iqtisadi sanksiyaları, o cümlədən Rusiyanı SWIFT-dən çıxarması reallıqdan daha çox fantaziya kimi görünür, dünya iqtisadiyyatı buna dözməyəcək".
Marja xəbər verir ki, bu fikri TASS-ın müxbirinə müsahibəsində Federasiya Şurasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Vladimir Cabarov deyib.
“SWIFT ilə əlaqəni kəsməyə gəldikdə, bu, tamamilə fantaziyadır. Dünya iqtisadiyyatı, dünya ödəniş-maliyyə sistemi var, buna dözməyəcək, çünki Rusiya nəhəng ölkədir, bir çox başqa dövlətlərin böyük tərəfdaşıdır. Təsəvvür edə bilmirəm ki, məsələn, almanlar Rusiyadan aldıqları qazın pulunu necə ödəyəcəklər?! Başqa necə ödəmək olar? İstər nağd, istərsə də bank vasitəsilə. Bütün bunlar fantaziyadır”, - Vladimir Cabarov bildirib.
O hesab edir ki, bu cür sanksiyaların tətbiqi Rusiya kimi ölkə üçün heç nəyi təhdid etmir: “Cəhənnəm sanksiyalarına gəlincə, elə bir sanksiya yoxdur ki, ona qarşı oxşar cavab sanksiyaları tapmaq mümkün olmasın. Düşünürəm ki, bunu həm amerikalılar, həm də avropalılar bilir. Ümid edirəm ki, qaynar başlar bir az soyuyacaq və bir-biri ilə razılığa gəlmək üçün yollar axtarmağa başlayacaq”.
Parlamentari hesab edir ki, yeni mümkün sanksiyalarla bağlı xəbərlər Rusiya və ABŞ liderləri arasında gözlənilən danışıqlarla bağlıdır, lakin bu danışıqların nəticələrinə heç bir şəkildə təsir etməyəcək:
“Rusiyaya gəlincə, bizim Prezidentin mövqeyi qətidir, həmişə öz xəttinə sadiq qalır".
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 39 d. əvvəl
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
20 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb






.jpg)
.jpg)





.jpg)



.jpg)








