Türk lirəsinə təzyiq davam edir
Çərşənbə axşamı günü kəskin ucuzlaşan Türk lirəsi üzərində yeni əməliyyat günündə də təzyiq davam edir.
Marja.az xəbər verir ki, yeni əməliyyat gününə 12,82 səviyyəsindən başlayan dollar/TL məzənnəsi sonra 2%-i aşan artımla yenidən 13 səviyyəsini keçib.
Dünən dollar/TL məzənnəsi 18,17% artım olmaqla 10 Avqust 2018-ci ildəki 24%-ə yaxın artımdan bu yana ən kəskin gündəlik yüksəlişini qeyd etmiş və 13,4539-a qədər qalxaraq rekord qırmışdı.
Türk lirəsinin sürətli şəkildə dəyər itirməsinin ardından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) sədri Şahap Kavcıoğlu ilə görüşüb. Ardından TCMB yaydığı açıqlamasında, bankın dalğalı rejimdə məzənnə öhdəliyinin olmadığı vurğulanıb.
TCMB sentyabr ayından bu yana pul siyasəti faizini 4 bənd aşağı salıb. Ərdoğan bazar ertəsi günü etdiyi açıqlamasına, "yüksək faiz-aşağı məzənnə" yerinə sərmayə, istehsal, məşğulluq və ixrac yönümlü siyasətin ölkə üçün doğru olduğunu bildirib, faizlərin bu səbəbdən aşağı salınmasından məmnun olduqlarını ifadə etmişdi.
Qlobal bank "Societe Generale"ın strateqləri, Türk lirəsinə olan etibarın azalması ilə insanların banklardan pullarını geri götürə biləcəklərini, maliyyə bazarlardakı sabitliyin pozula biləcəyini və Türk lirəsinin ucuzlaşmasının daha yüksək inflyasiyaya səbəb ola biləcəyini qeyd ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 5 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər




.jpg)









.jpg)








