Rabitəbank ölkəmiz üçün bir ilkə imza atdı
Rabitəbankdan daha bir ilk - artıq “Apple Watch”da!(®) Ölkənin aparıcı banklarından biri Rabitəbank təmassız və rəqəmsal ödənişlərin inkişaf etdirilməsində ölkəmiz üçün bir ilkə imza atıb.
Belə ki, Rabitəbankın mobil tətbiqi Rabita Mobile Azərbaycanda “Apple Watch” - ağıllı saata inteqrasiya olunmuş ilk yerli mobil tətbiqdir!
Bundan sonra “Apple Watch” istifadəçiləri öz cihazları vasitəsilə kart və hesabının balansına istənilən zaman nəzarət edə, ödənişlər həayata keçirə, kartdan-karta pul göndərə və bu əməliyyatların statusunu izləyə biləcəklər. Bu innovativ rahatlıqdan həzz almaq üçün sadəcə Rabita Mobile tətbiqini yeniləmək kifayətdir, bundan sonra “Apple Watch” cihazınızın tətbiqlər siyahısında Rabita Mobile ikonu əks olunacaq. İkona klik etdikdən sonra mobil telefonunuzda Rabita Mobile tətbiqinə daxil olun. Telefonunuzdakı Rabita Mobile tətbiqində öncədən təyin etdiyiniz PİN kodu daxil etdikdən sonra, saatınızın ekranında avtomatik olaraq saat üçün PİN kod təyini əks olunacaq. Burada saat üçün istifadə edəcəyiniz 4 rəqəmli kod təyin edin. Yaratmış olduğunuz kodu təkrar yığdıqdan sonra tətbiqimizi saatınızda istifadə etməyə hazırsınız!
Digər məhsul və xidmətlərin rəqəmsallaşması, habelə mövcud rəqəmsal xidmətlərin isə daha da təkmilləşdirilməsi Rabitəbankın prioritet məsələlərindən biridir. Xatırladaq ki, Rabita Mobile “Apple Watch”da istifadə oluna bilən ilk yerli tətbiqdir. Bankın bu və bunun kimi bir çox gələcək layihələrinin əsas məqsədi müştərilərini daha çox üstünlük və yeniliklərlə sevindirməkdir. Rabitəbank müştərilərini nağdsız və təmassız ödənişlər sahəsində daha böyük yeniliklər gözləməkdədir.
"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 9 d. əvvəl
-
- 18 d. əvvəl
- 22 d. əvvəl
-
39 d. əvvəl
Azərbaycana 4 ayda təxminən 100 milyon dollarlıq buğda idxal olunub -10 FAİZ ARTIB
- 1 saat əvvəl
-
1 saat əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Rəsmi məzənnələr açıqlandı
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Kərə yağı idxalı azalıb, bitki yağlarının idxalı isə artıb
Ən çox oxunanlar
Süd və qaymaq idxalı 54,9% artıb
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 25 GÜN
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb

















.jpg)




