“Fitch” Azərbaycan Mərkəzi Bankının faizini daha da artıracağını gözləyir
“Fitch Ratings” reytinq agentliyi Azərbaycan Mərkəzi Bankının (AMB) uçot dərəcəsini 7,5%-ə qədər yüksəldəcəyini gözləyir.
Bu barədə agentliyin Azərbaycan üzrə yeni hesabatında bildirilib.
“Ərzaq, nəqliyyat və dövlət tərəfindən nəzarət olunan qiymətlərin təzyiqi ilə illik inflyasiya apreldəki 4,3%-dən sentyabrda 8,5%-ə qədər yüksəldi və "Fitch" uçot dərəcəsinin 7,5%-ə artırılacağını və ilin sonunda inflyasiyanın 7,6% səviyyəsində olacağını proqnozlaşdırır”, - hesabatda qeyd olunub.
Xatırladaq ki, oktyabrın 29-da AMB uçot dərəcəsini 6,5%-dən 7%-ə, faiz dəhlizinin aşağı həddini 6%-ə, faiz dəhlizinin yuxarı həddini isə 7%-dən 8%-ə yüksəldib.
Azərbaycanda inflyasiya 4,3%-ə qədər yavaşlayacaq
"Fitch Ratings" reytinq agentliyi bu ilin sonuna Azərbaycanda illik inflyasiyanın 7,6% səviyyəsində olacağını gözləyir. Gələn ilin istehlakçı qiymətlərinin artım tempinin azalacağı və illik inflyasiyanın 2022-ci ilin sonuna 4,3%-ə qədər yavaşlayacağı proqnozlaşdırılır.
Qeyd edək ki, Azərbaycan İqtisadiyyat Nazirliyinin son proqnozuna görə, 2021-ci ilin sonuna dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin yüksəlməsi (enerji və qeyri-enerji) və qlobal əmtəə qiymətlərinin artması kimi xərc amillərinin təsiri ilə bu il Azərbaycanda 6% səviyyəsində gözlənilən ortaillik inflyasiya 2022-ci ildə 4%-dək yavaşlayacaq.
Beynəlxalq Valyuta Fondunun son proqnozuna görə isə, bu il Azərbaycanda istehlak qiymətləri illik 4,4%, 2022-ci ildə isə 3,2% artacaq.
Son məlumatlara görə, 2021-ci ilin yanvar-oktyabr aylarında ölkədə istehlak qiymətləri illik müqayisədə 5,7%, təkcə oktyabrda isə illik inflyasiya 10%-ə çatıb.
Həmçinin oxu
“Fitch” Azərbaycanın defolt reytinqini təsdiqlədiFitch”: Bu il Azərbaycan iqtisadiyyatı 4,9%, gələn il isə 2,9% artacaq
“Fitch Ratings” reytinq agentliyinin son proqnozuna görə, bu il Azərbaycan iqtisadiyyatı 4,9%, 2022-ci ildə isə 2,9% artacaq. Artımın əsas drayverləri kimi, qeyri-neft sektorunun bərpası və COVID-19 pandemiyasına qarşı vaksinasiyanın sürətlənməsi göstərilir.
Uzunmüddətli proqnozlara gəldikdə, 2023-cü ildə real ÜDM-in 2,3%-lik artımı proqnozlaşdırılır.
Gələn ilə iqtisadi artımın yavaşlamasını “Fitch” ölkədə enerji istehsalının durğunluğu (köhnə yataqlardan neft hasilatının davamlı azalması qaz sektorundakı artım ilə kompensasiya olunacaq) və qeyri-neft özəl sektoruna yönələn investisiyaları, iqtisadi diversifikasiyanı və ümumi real artımı məhdudlaşdıran dövlət sektorundakı struktur sərtlikləri ilə izah edir.
Qeyd edək ki, Azərbaycan İqtisadiyyat Nazirliyinin real ÜDM üzrə proqnozlarına görə isə, neftin bir barelinin ortaillik qiyməti 50 ABŞ dolları götürülməklə hazırlanmış makroiqtisadi proqnoz göstəricilərinə əsasən, cari ildə Azərbaycanda real ÜDM 5,1% artacaq. 2022-ci il üçün isə ÜDM-in real artımının 3,9% olacağı proqnozlaşdırılır.
Xatırladaq ki, 2020-ci ölkədə real ÜDM 4,3% azalıb. 2019-cu ildə Azərbaycanda nominal ÜDM istehsalı 81,681 mlrd. manat təşkil edib, real ÜDM-in artım tempi isə 2,2% olub.
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 6 d. əvvəl
- 18 d. əvvəl
- 20 d. əvvəl
-
25 d. əvvəl
AccessBank qadın sahibkarlar üçün “Access2Success” layihəsini Qubada təşkil edib
-
31 d. əvvəl
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
-
1 saat əvvəl
Xalq Bank “Visa Direct to Account” xidməti üzrə mükafata layiq görüldü
-
1 saat əvvəl
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Ən çox oxunanlar
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin
VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı
"Leqallaşdırma hesabına gəlirlərin məbləği üç dəfədən çox artıb"
AFB Bank mobil tətbiqində yenilik: Mono Digital kart artıq tam ödənişsiz və onlayn sifarişlə!
PMD Group və Zaha Hadid Architects-dən gələcəyə yönələn yeni layihə!






.jpg)
.jpg)







.jpg)




