“Al Market” “Dəmir yumruq” mükafatına layiq görüldü
“Al Market” müharibə iştirakçılarını, qazi və şəhid ailələrin üzvlərini işlə təmin edir. Mağazalar şəbəkəsi bu dəstəyinə görə təşəkkür sertifikatı və “Dəmir yumruq” mükafatına layiq görülüb.(®) “Al Market” mağazalar şəbəkəsi 800-ə yaxın mağazası və 4000-dən çox insanın çalışdığı böyük bir ailədir. Müharibə başladıqdan sonra ailənin 250-də çox üzvü səfərbərliyə cəlb olunmuş, onlardan 3 nəfəri xüsusi rəşadət göstərək Vətən uğrunda şəhid olmuş, onlarla əməkdaş orden və medallar ilə təltif edilmişdir.
İnsanların məşğulluğunun artırılmasına öz töhfəsini verən marketlər şəbəkəsi bu il ərzində 4 dəfə “Açıq Qapı” günü təşkil etmiş və bununla da 300-dən çox insanı işlə təmin etmişdir. Bunlardan 65 nəfəri müharibə iştirakçıları, qazi və şəhid ailələrin üzvləridir.
44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanların ailə üzvlərinin və müharibədə yaralanmış qazilərin məşğulluğunun təminatına yaxından dəstək olduğuna görə “Al market”lər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən elan edilmiş “Məşğulluq Marafonu”nda ən aktiv iştirakçı kimi təşəkkür sertifikatı və “Dəmir yumruq” mükafatına layiq görülüb. Bu proses hələ də davam edir və il sonuna kimi daha 2 Açıq Qapı gününün keçirilməsi nəzərdə tutulub.
“Al market” MMC olaraq dövlət siyasətinə, sosial məsuliyyət və həmrəylik prinsipinə sadiqliyini qoruyaraq bu ənənəni davam etdirəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)




