1 inəyin sığortası 30-40 manatdan başlayır
Aqrar sığorta haqqının 50%-ni dövlət ödəyir - Goranboyda fermerlərlə görüşAzərbaycanda dövlət dəstəkli aqrar sığorta barədə yerli fermerləri məlumatlandırmaq məqsədilə Aqrar Sığorta Fondu və «Aqrar Sığorta Müştərək Sığorta Şirkəti» ASC-nin nümayəndələri Goranboyda fermerlərlə görüş keçirib.
Goranboy rayon icra hakimiyyətinin və yerli Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) dəstəyi ilə təşkil edilən görüşdə rayonun iri, orta və kiçik fermerlik təsərrüfatlarının nümayəndələri, heyvandarlıq və əkinçiliklə məşğul olan şəxslər iştirak edib.
Görüşdə «Aqrar Sığorta Müştərək Sığorta Şirkəti» ASC-nin idarə heyətinin sədri Elvin Əliyev fermerlərə aqrar sığortanın fermerlər üçün əhəmiyyəti və şərtləri barədə məlumat verib.
Eləcə də, sığortalanan məhsullar, əhatə olunan risklər, sığorta haqları, sığortalanma üsulları və hadisə baş verərkən ödəniş prosesi açıqlanıb.
İş adamlarına bildirilib ki, hazırda aqrar sığorta vasitəsilə 14 bitki, o cümlədən buğda, arpa, qarğıdalı, çəltik, kartof, üzüm, pambıq və sair, eləcə də südlük inəkləri və balıqçılıq təsərrüfatlarını sığortalamaq mümkündür. Aqrar sığortanın əsas üstünlüyü sığorta haqqının 50%-ni dövlətin ödəməsidir. Nəticədə fermerlər cüzi ödəniş etməklə təsərrüfatı bütün əsas risklərdən sığorta edə bilərlər.
Belə ki, fermer üçün südlük inəyin sığorta haqqı 30-40 manatdan başlayır, taxıl əkini sahəsinin sığorta haqları isə Gəncə-Daşkəsən regionu üzrə 1 hektar üçün 15-20 manat ətrafındadır. Hadisə baş verdikdə dəyən zərər fermerə ödənilir.
Aqrar sığorta ilə bağlı məlumatlar fermerlərin böyük marağına səbəb olub. İş adamları heyvan və bitkilərin sığortası, hadisə baş verəndə ödəniş prosesi, sığortanın əhatə etdiyi risklər və sığortalanma prosesi ilə bağlı «Aqrar Sığorta Müştərək Sığorta Şirkəti» ASC-nin rəhbərinə və ASF-nin nümayəndələrinə çoxsaylı suallar veriblər.
Yerli sakinlər, aqrar sığortanın şərtlərindən və sığorta haqlarının məbləğindən, o cümlədən dövlətin 50%-lik dəstəyindən razı qalıb, onun sərfəli olduğunu bildiriblər.
Görüşdə bildirilib ki, yeni qaydalara əsasən 10 hektar və daha artıq əkin sahəsi olan təsərrüfatlar subsidiya almaq üçün sığorta edilməlidir. Sığorta haqqının yarısını dövlət ödədiyinə görə, bu yenilik fermerlərə ciddi maliyyə yükü yaratmır, əvəzində onların biznesini qoruyur. Fermerlərə tövsiyə olunub ki, payızlıq əkinlərin bəyanı dövründə təsərrüfatlarını əsas risklərdən sığortalansınlar.
Fermerlər sığortalanmaq üçün Aqrar Sığorta Fondunun Cağrı Mərkəzinə (1651) zəng edə, rayonda fəaliyyət göstərən aqrar sığorta sisteminə daxil olan sığorta şirkətlərinə və ya yerli DAİM-lərə müraciət edə bilərlər. Onların müraciətinə dərhal cavab veriləcək və sığorta müqaviləsi bağlanacaq.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
-
- 9 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 17 saat əvvəl
-
17 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
17 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 18 saat əvvəl
- 18 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)
.jpg)





.jpg)





.jpg)






