Azərbaycanın 2 konserv şirkəti ləğv edilir
“Qazax Konserv Zavodu” ASC və Lənkəran-Konserv” ASC ləğv edilir. Şirkələrin ləğv edilməsi səbəbləri açıqlanmayıb.“07” dekabr 2021-ci il tarixdə Qazax rayonu, Qazax şəhəri, Ə. Şıxlinski küçəsi, 105 ünvanında “Qazax Konserv Zavodu” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
Marja xəbər verir ki, səhmdarların növbədənkənar ümumi yığıncağında “Qazax Konserv Zavodu” ASC-nin ləğv edilməsi məsələsi müzakirə olunacaqdır.
Səhmdarların növbədənkənar ümumi yığıncağının gündəliyi üzrə materiallarla iclas vaxtı yuxarıdakı ünvanda tanış ola bilərlər.
Səhmdarların növbədənkənar ümumi yığıncağında şəxsiyyətinizi təsdiq edən sənədlə bilavasitə özünüzün və ya səlahiyyətləri qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilmiş nümayəndəniz vasitəsilə iştirakınız xahiş olunur.
Həmçinin “30” noyabr 2021-ci il tarixdə Lənkəran rayonu, Lənkəran şəhəri, Əli Bayramov küçəsi, 77 ünvanında “Lənkəran-Konserv” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir. Səhmdarların növbədənkənar ümumi yığıncağında “Lənkəran-Konserv” ASC-nin ləğv edilməsi məsələsi müzakirə olunacaqdır.
Qeyd edək ki, "Qazax Konserv Zavodu" ASC və "Lənkəran-Konserv" ASC "Azərsun Holdinq"ə daxildir. Şirkətin aytında verilən məlumata görə, Lənkəran Konserv Zavodu, bölgə fermerlərindən tədarük edilən meyvə və tərəvəzlərin emalı, xüsusilə közlənmiş tərəvəz konservləri, kompot və turşu istehsalı üzrə ixtisaslaşıb. Zavodun illik istehsal gücü 12 000 tondur.
Qazax Konserv Zavodu isə qənnadı-şirniyyat sektorunda geniş istifadə edilən, qış mövsümündə də təzəliyini və vitaminlərini qoruyub saxlayan dondurulmuş meyvə və giləmeyvə istehsalı ilə məşğul olur. Zavodda, eyni zamanda fast food şəbəkələri üçün kartof yarımməmulatı da istehsal olunur. Müəssisənin illik istehsal gücü 8 000 ton təşkil edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 11 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər














.jpg)





