Muğanbank ilin 9 ayını xalis mənfəət ilə başa vurdu
Ötən ilin eyni dövrü ilə müqayisədə Muğanbank ASC-nin gəlirləri 4 dəfədən çox artmışdır.
Bankın yaydığı press-relizdə bildirirlir ki, ötən ilin ilk 9 ayını 1.88 milyon manat zərər ilə işləyən bank, bu ilin eyni dövrünü 602 min manat xalis mənfəətlə başa vurmağı bacarmışdır.
Press-relizdə qeyd edilib ki, ötən dövr ərzində bankın qeyri-faiz gəlirlərinin artdığı müşahidə olunur. Bu da öz növbəsində bankın daha stabil gəlir mənbələrini hədəflədiyini deməyə əsas verir.
Bununla belə ötən dövr ərzində “Muğanbank“ ASC kredit portfelininin həm keyfiyyət həmçinin də kəmiyyət göstəricilərini artırmağa nail olmuşdur. Belə ki, bankın kredit portfeli 2021-ci ilin 9 ayında ötən ilin sonu ilə müqayisədə 44.5 milyon manat və ya 13,2% artaraq 380.4 milyon manat olmuşdur.
Kredit portfelinin strukturuna gəldikdə isə, bank tərəfindən verilmiş biznes kreditləri 45.3 milyon manat və ya 22,2% artaraq 248.2 milyon manata, istehlak kreditləri isə 4.2 milyon manat və ya 19,3% artaraq 25.9 milyon manata çatmışdır.
Muğanbankın depozit portfeli də öz növbəsində bankın kredit portfelinə mütənasib olaraq 2021-ci ilin 9 ayında ötən ilin sonu ilə müqayisədə 29.1 milyon manat artaraq 307.8 miylon manata çatmışdır.
Ümumilikdə, Bankın cəmi aktivləri 2021-ci ilin 9 ayında ötən ilin sonu ilə müqayisədə 53.3 milyon manat (və ya 9%), məcmu kapitalı isə 9.6 milyon manat (və ya 10.5%) artaraq, müvafiq olaraq 643.9 milyon manata və 101.4 miylon manata yüksəlmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
-
- 32 d. əvvəl
- 36 d. əvvəl
- 38 d. əvvəl
- 40 d. əvvəl
- 44 d. əvvəl
- 46 d. əvvəl
-
58 d. əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Speedtest Global Index”: Azərbaycanda internetin sürəti illik müqayisədə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Kartof ixracı 2 dəfədən çox artıb
Xurma ixracında azalma qeydə alınıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir






.jpg)















.jpg)
