“OBA Market” “Şanslı Qonşu” lotereyasına başladı
Müştərilər hər 10 azn-lik alış-verişdə 1 şans qazanaraq lotereyaya qoşulub möhtəşəm hədiyyələrin sahibi olmaq imkanı əldə edəcəklər.(®) Daima müştərilərinə yaxın olan və onları yenilikləri ilə sevindirən “OBA” marketlər şəbəkəsi oktyabrın 18-dən yanvarın 29-dək “Şanslı Qonşu” adlı yeni lotereyaya start verdi.
Şirkətin 5 illik fəaliyyəti dövründə ilk dəfə keçirilən lotereyanın məqsədi müştərilərini yalnız endirimlərilə deyil, bol hədiyyələrlə də sevindirməkdir.
Müştərilər hər 10 azn-lik alış-verişdə 1 şans qazanaraq lotereyaya qoşulub möhtəşəm hədiyyələrin sahibi olmaq imkanı əldə edəcəklər.
Şanslı qonşular 5 ədəd 2021-ci il buraxılışlı Kia Rio avtomobili, hər biri 5 ədəd olmaqla İstanbula səyahət turu, soyuducu, televizor, qabyuyan, paltaryuyan, planşet, kondisioner, mobil telefon və 500 AZN-lik hədiyyə kartları qazanacaqlar.
Lotereyanın iştirak qaydalarına əsasən 18 yaşına çatmış hər kəs “OBA Market” mobil tətbiqini yükləyərək iştirakını təsdiqləyib şəxsi məlumatlarını tam və doğru doldurmalıdır.
Qeyd edək ki, Xəzər televiziyasının canlı efirində yayımlanacaq lotereyanın münsiflər heyəti Azərbaycanın tanınmış simaları və incəsənət xadimləri arasından seçilmişdir. Canlı yayımda lotereyanın qalibləri müəyyən olunacaqdır.
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "OBA Market" MMC-nin keçirdiyi “Şanslı qonşu” lotereyası oktyabrın 18-dən yanvarın 29-dək keçiriləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























