Avro və Funt-sterlinqdə bahalaşma başlayıb - GÜNƏ BAXIŞ
Qızıl 1800 dollara kimi dəyər qazana bilər.Amerika sənayesinə dair fundamental göstəricilərin çox pis açıqlanmasından sonra dollar indeksi növbəti dəfə düşməyə başlayıb və trend ən azı 0.3% dərinləşə bilər.
Keçmiş həftə ərzində 0.9%-lik enişdən sonra fasilə yaşanılan indeksdə növbəti eniş dalğası müşahidə edilir və sözügedən korreksiya bir ayın minimumlarına kimi davam edə bilər. Beləliklə, EUR/USD, GBP/USD məzənnələrində də başlayan bahalaşmanın müvafiq olaraq 1.17 və 1.39$-a kimi davam edəcəyi proqnozlaşdırılır.
Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 16:30-da Amerikanın tikinti sektoru ilə bağlı dərc ediləcək önəmli fundamental göstəricilər də investorların diqqət mərkəzindədir.
Foreks bazarlarında tendensiya əlvan metallar bazarlarında qızıla olan tələbin də artmasına səbəb olub və bir unsiya üzrə qiymət 1776$-ı qırarsa, 1785 və 1800$-a kimi dəyər qazana bilər.
Kriptovalyuta birjalarında isə bitkoinin qiyməti tarixi rekord səviyyəsini - 65000$-ı yenidən qırmaq üzrədir. Bunun baş verməsindən sonra növbəti önəmli müqavimət səviyyəsi 74 min dollar olacaqdır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
Hazır mənzil axtaranların diqqətinə: City Garden Narimanov”da 2, 3, 4 otaq, eləcə də studiya premium mənzillər hazırdır
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
23 d. əvvəl
Bank sədri: "Bu il 100 milyon manatlıq istiqraz emissiyasını planlaşdırırıq"
- 28 d. əvvəl
-
-
34 d. əvvəl
"Səhmdarlarımız nominal qiymətdən 15.6% dividend gəliri əldə edəcəklər"
-
39 d. əvvəl
Qırğızıstan vətəndaşlarının Azərbaycandakı BOKT-nun xalis mənfəəti 40 %-ə yaxın azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
ABB səhmdarlarına 200 milyon manat dividend ödənişi təklif ediləcək - MÜSAHİBƏ
-
1 saat əvvəl
Yapı Kredi “Texnologiyada Fürsət Bərabərliyi” proqramını Azərbaycana gətirdi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan neftinin son qiyməti
Azərbaycanın iri bankı Özbəkistanda bank alır
Azərbaycanın ixracı və idxalı azalıb
Ən çox oxunanlar
Azərbaycan Ermənistandan məhsul idxalına başlayıb
Azərbaycana avtomobil idxalında böyük azalma
Əfsanəvi investor vəfat edib
Rəsmi məzənnələr açıqlandı
Çin iqtisadiyyatı 5% artıb
















.jpg)





