Rövnəq Abdullayev “Total”ın vitse-prezidentləri ilə görüşdü
“Total” Azərbaycanla uzunmüddətli əməkdaşlıqda maraqlıdırAzərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev “TOTAL Energies” şirkətinin Karbon neytrallığı və Avropa qitəsi üzrə aparıcı vitse-prezidenti Kristin Heyli və Qazaxıstan, Azərbaycan və Tacikistan üzrə regional rəhbəri, vitse-prezidenti Piter Holdinqlə görüşüb.
SOCAR-ın yaydığı məlumata görə, “SOCAR Tower”də keçirilmiş görüşdə iki şirkətin həyata keçirdiyi birgə layihələr haqqında ətraflı fikir mübadiləsi aparılıb.
Tərəflər “Abşeron” layihəsi çərçivəsində görülən tikinti-quraşdırma işlərinin əhəmiyyətini vurğulayıb, fəaliyyətin səmərəliliyini artırmaq üçün görülən tədbirlərdən bəhs ediblər.
“TOTAL” şirkətinin Azərbaycanla uzunmüddətli əməkdaşlıqda maraqlı olması bir daha nəzərə çatdırılmış, neft-qaz sektorunda daha sıx əməkdaşlığın təşkili məsələləri müzakirə olunub.
Xatırladaq ki, ''Abşeron'' perspektiv strukturunun kəşfiyyatı, işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında'' Saziş 27 fevral 2009-cu il tarixində imzalanıb. Layihənin operatoru ''SOCAR Absheron'' və ''TOTAL E&P Absheron'' törəmə şirkətlərinin bərabər paylarla iştirak etdiyi JOCAP (''Joined Operating Company Absheron Petroleum'') birgə müəssisəsidir. ''Abşeron'' qaz-kondensat yatağı Xəzər dənizində, ''Azəri-Çıraq-Günəşli'' yataqlar blokundan cənub-qərbdə, dənizin 500 metr dərinliyində yerləşir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 12 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər















.jpg)







