SOCAR-da ofis yaradılıb, direktor təyin edilib
SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirilib. Şirkətin "2035-ci ilə kimi Korporativ Strategiya"sı qəbul edilib.Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının 12 oktyabr 2021-ci il tarixində keçirilən iclasında SOCAR-ın "2035-ci ilə kimi Korporativ Strategiya"sı qəbul edilib.
Azərbaycan İnvestisiya Holdinqinin İctimaiyyətlə Əlaqələr və Marketinq Şöbəsinin yaydığı məlumata görə, Dördüncü Sənaye İnqilabı (Sənaye 4.0) tələblərinə uyğun olaraq hazırlanmış yeni strategiya sənədi şirkətin qlobal, regional və yerli layihələrinin inkişaf tendensiyalarını bütövlükdə əks etdirməklə, neft-qaz sənayesində gələcək fəaliyyətin koordinasiyasını, dəyər zəncirinin inteqrasiyasının əsas istiqamətlərini müəyyən etməklə yanaşı, istehsal tsiklinin rəqəmsallaşmasına, innovasiyaların dəstəklənməsi, kadr potensialının zənginləşdirilməsi kimi sahələrin dayanıqlı inkişafına istiqamətləndirəcəkdir. "2035-ci ilə kimi Korporativ Strategiya" SOCAR-a daha çoxşaxəli, diversifikasiya olunmuş investisiya portfeli qurmaq imkanı verəcəkdir.
İclas iştirakçıları eyni zamanda Müşahidə Şurasının işinin təkmilləşdirilməsi və daha effektiv fəaliyyətin həyata keçirilməsi məqsədilə SOCAR-ın Müşahidə Şurasının Koordinasiya Ofisinin yaradılması və həmin ofisə Müşahidə Şurasının üzvü Ruslan Əlixanovun direktor təyin olunması barədə qərar qəbul ediblər.
İclasda Dövlət Neft Şirkətinin fəaliyyəti istiqamətində digər və cari məsələləri ilə bağlı da geniş müzakirələr aparılaraq müvafiq qərarlar qəbul olunub.
Dövlət Neft Şirkətinin Müşahidə Şurası Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında” 2021-ci il 23 yanvar tarixli Fərmanına əsasən yaradılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
5 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
-
1 saat əvvəl
"İran danışıqların ikinci turunda iştirak etməkdən imtina etdi"
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"İran danışıqların ikinci turunda iştirak etməkdən imtina etdi"
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Ən çox oxunanlar
Tramp İrana təşəkkür etdi
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib





.jpg)








.jpg)






