Sahibkarlar Konfederasiyasının 3 ölkə üzrə mayəndəsi nümayəndəsi təyin olundu
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Misir Ərəb Respublikası, Səudiyyə Ərəbistan Krallığı və Sudan Respublikası üzrə nümayəndəsi təyin edilib. Bu ölkələrdə Konfederasiyanı tanınmış iş adamı Ceyhun Xəlilov təmsil edəcək.
Məlumat üçün qeyd edək ki, Ceyhun Xəlilov 20.06.1984-cü ildə Bakı şəhərində anadan olub.
2000-2005-ci illərdə Bakı İslam Universitetinin Şərqşünaslıq fakultəsini bitirmiş və 2006-2012-ci illərdə Misirin paytaxtı Qahirədə yerləşən Əl-Əzhər Universitetinin Dilçilik və Tərcümə ixtisasları üzrə təhsil alıb.
Daha sonra, 2014-2018-ci illərdə Misirdə fəaliyyət göstərən EDA universiteti tərəfindən tədris edilən Xarici Ticarət fakültəsini bitirib.
C.Xəlilov əmək fəaliyyətinə 2011-ci ildə “Red Line Shipping” şirkətində başlayıb və hazırda həmin şirkətdə İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərir. Bununla yanaşı, “Egypt Azerbaijan Export”; “Bazaar Stone” və “Elite Trading” şirkətlərinin təsisçisi və direktorudur. 2018-ci ildən isə “Global Contracting & Supplies” şirkətinin baş menecer vəzifəsində çalışır.
C.Xəlilov bir çox qonşu ölkələr – Liviya, Livan, Səudiyyə Ərəbistanı və digər ərəb ölkələri ilə sıx əməkdaşlıq əlaqələri çərçivəsində fəaliyyət göstərir və bir çox xeyriyyəçilik aksiyalarında fəal iştirak edir, Azərbaycan diasporunun fəal üzvlərindən biridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
35 d. əvvəl
"Sizin Lombard" ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib.
-
43 d. əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
- 53 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Ən çox oxunanlar
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
Həyat sığortası yığımlarda liderdir
Könüllü sığortalar bazarın əsas hissəsini formalaşdırıb
Süni xüsusi intellektdən süni fövqəl intellektə doğru: insan “cini şüşədən buraxıb”, deyəsən!
Topladıqları hər 100 manatın orta hesabla 49,9 manatını ödəniş kimi həyata keçiriblər - Ödəniş/yığım nisbəti 50%-ə yaxındır







.jpg)







.jpg)






