Dollar indeksində bahalaşmanın davam edəcəyi proqnozlaşdırılır - GÜNƏ BAXIŞ
Dollar indeksi bu gün Bakı vaxtı ilə saat 16:30-da ABŞ-dan dərc ediləcək əmək bazarına dair önəmli fundamental göstəricilər öncəsi korreksiya edib. Lakin indeksin 94 punktun üzərində qalması, bahalaşmanın davam edəcəyini proqnozlaşdırmağa əsas verir. Növbəti güclü müqavimət səviyyəsi isə son bir ilin maksimumu - 94.80 punktdur.
Bununla yanaşı, Avrozonada ticarət və Almaniyadan sənaye dövriyyəsinə dair fundamental göstəricilərin zəif açıqlanması, avronun ucuzlaşmasına səbəb olmaqla, dollara olan tələbi artırmışdır. İngiltərədən də tikinti sektorunda inkişaf dinamikasının zəifləməsi xəbəri yayımlanmışdı. Beləliklə, funt sterlinqindən uzaqlaşan investorlar dollara olan maraqlarını artırmışdır.
Monetar siyasətlərin sərtləşməsi ilə yanaşı, inflyasiyada müşahidə edilən maksimumlar və qlobal risklərin artması, əlvan metallar bazarlarında "ayı" və "buğa"ları da qarşı qarşıya gətirmişdir. Hazırda qızılın bir unsiya üzrə qiyməti 1770 - 1750$ aralığında üfüqi korreksiya etməkdədir.
Kriptovalyuta birjalarında isə bitkoin dollara nisbətən daha sürətlə dəyər qazanır. Tendensiyanın 65000$-a kimi davam edəcəyi proqnozlaşdırılır, çünki 53000$ önəmli müqavimət səviyyəsi artıq qırılıb.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
Hazır mənzil axtaranların diqqətinə: City Garden Narimanov”da 2, 3, 4 otaq, eləcə də studiya premium mənzillər hazırdır
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
23 d. əvvəl
Bank sədri: "Bu il 100 milyon manatlıq istiqraz emissiyasını planlaşdırırıq"
- 28 d. əvvəl
-
-
34 d. əvvəl
"Səhmdarlarımız nominal qiymətdən 15.6% dividend gəliri əldə edəcəklər"
-
39 d. əvvəl
Qırğızıstan vətəndaşlarının Azərbaycandakı BOKT-nun xalis mənfəəti 40 %-ə yaxın azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
ABB səhmdarlarına 200 milyon manat dividend ödənişi təklif ediləcək - MÜSAHİBƏ
-
1 saat əvvəl
Yapı Kredi “Texnologiyada Fürsət Bərabərliyi” proqramını Azərbaycana gətirdi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan neftinin son qiyməti
Azərbaycanın iri bankı Özbəkistanda bank alır
Azərbaycanın ixracı və idxalı azalıb
Ən çox oxunanlar
Azərbaycan Ermənistandan məhsul idxalına başlayıb
Azərbaycana avtomobil idxalında böyük azalma
Əfsanəvi investor vəfat edib
Rəsmi məzənnələr açıqlandı
Çin iqtisadiyyatı 5% artıb





.jpg)










.jpg)






