Avropada qazın qiyməti rekordlar qırır
Sentyabr ayının 30-da Avropada təbii qazın qiyməti 1000 kubmetr üçün təxminən 1120 dollar səviyyəsində bağlanıb.
Marja xəbər verir ki, bu, ICE birjasının məlumatlarından məlum olur.
Noyabr fyuçersləri 1000 kubmetr üçün 1119,1 dollardan və ya MWh başına 93,3 avrodan (ICE qiymətləri MWh başına avro ilə təqdim olunur) bağlanıb. Günün əvvəlindən etibarən qaz 7% bahalaşıb.
Bu həftənin əvvəlində Avropada qazın qiyməti tarixdə ilk dəfə olaraq 1000 kubmetr üçün 1000 dolları, bu gün isə 1100 dolları keçərək 1190 dollara çatıb (yeni rekord).
Bir neçə gün öncə Rusiyanın "Gazprom" şirkətinin sədri Aleksey Miller bildirib ki, Avropanın yeraltı anbarlarına qazın vurulmasının gecikməsi və qaza artan tələbat ilə əlaqədar olaraq qaz qiymətləri rekord qırır və rekordlar davam edəcəkdir.
Qış mövsümünün yaxınlaşması, tədarük çətinlikləri, Asiyada mayeləşdirilmiş təbii qazın (LNG) bahalşaması və buna görə LNG-nin daha çox Asiyaya satılması da Avropada qazı bahalaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
4 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 4 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb























