"Böhran kahini" Bitcoin-in 10 ildə çökəcəyini proqnozlaşdırdı
"5-10 il ərzində dövlət rəqəmsal pulları hazırda məşhur olan kriptovalyutaları əvəz edə bilər".
Marja xəbər verir ki, bu fikri "VTB Private Banking"in varlı müştərilərlə görüşündə Nyu York Universitetinin professoru, iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Nouriel Roubini söyləyib.
Pessimist qiymətləndirmələri və 2008-ci il qlobal maliyyə böhranının düzgün proqnozlaşdırılması ilə əlaqədar olaraq "Böhran kahini" adlandırılan Roubiniyə görə, Bitcoin və buna bənzər valyutalar hazırda etibarlı deyillər.
Professorun sözlərinə görə, kriptovalyutalarla bağlı problemlər dünyanın mərkəzi bankları (Çin, ABŞ, Avropa Birliyi, Rusiya və s.) rəqəmsal valyutalarını tətbiq etməyə başladıqda başlaya bilər:
"Ucuz və etibarlı bir rəqəmsal valyuta əldə edildikdə, rəqəmsal əməliyyatlar etməyi üstün tutan insanlar mərkəzi bankların rəqəmsal valyutasından istifadə edə biləcəklər. Hesab edirəm ki, hazırda məşhur olan kriptovalyutalar, daha etibarlı və proqnozlaşdırıla bilən rəqəmsal valyutaların ortaya çıxmasından sonra daha 5-10 il hökmran qalacaqlar".
Roubini qeyd edib ki, gələcəkdə kripto bazarının tənzimlənməsi gücləndiriləcək.
"Düşünürəm ki, hamı - Çin, ABŞ, Avropa mərkəzi bankları, İngiltərə, Yaponiya və Rusiyada da - bu yeni aktivlər sinfinin tənzimlənməsinin vacibliyini artıq başa düşürlər. Əksər sivil ölkələr heç bir monitorinq olmadan ABŞ-dan anonim şəkildə Seyşel adalarına və ya başqa bir adaya pul köçürə bilinəcək bir dünyada yaşamaq istəmirlər. Çin, əlbəttə ki, qadağalar tətbiq edəcək, amma düşünürəm ki, qarşıdakı aylarda ABŞ, Avropa, İngiltərə, Yaponiya və digər inkişaf etməkdə olan bazarların bir şəkildə bu sahəni nizamlamaq istəyəcəyini görəcəksiniz. Bütün bunlar, ehtimal ki, bu aktivlərin bir hissəsinin dəyərinin azalmasına səbəb olacaq. Ancaq heç vaxt öləcəklərini düşünmürəm",- Roubini bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
29 d. əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
45 d. əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
49 d. əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
2 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)





