1 milyard istifadəçi - Facebook-a çatmaq istəyir
Ötən il cəmi 700 milyon idi...Çinin ByteDance şirkətinə məxsus TikTok qısa video xidmətli sosial şəbəkənin hazırda 1 milyard aktiv istifadəçisi var.
Marja xəbər verir ki, bu barədə şirkətin dünənki açılamaslnda bildirilib.
ABŞ və digər regionlarda nəhəng izləyici kütləsi olan TikTok son 3 ildə ardıcıl böyüyüb. 2018-ci ilin yanvarında cəmi 55 milyon qlobal istifadəçisi olan şəbəkə həmin ilin sonunda bu rəqəmi 271 milyona, 2019-cu ilin dekabrında isə 507 milyona çatdırıb.
Ötən ilin yayında 700 milyon təşkil edən aylıq aktiv istifadəçi sayı pandemiya səbəbindən elektron mediaya və xidmətlərə tələbatın artmasına görə son 1 il ərzində daha da böyüyərək, 1 milyarda çatıb. Bu rəqəm hələlik ən iri qlobal şəbəkə olan Facebook-un istifadəçi sayı ilə (2,9 milyard) müqayisədə xeyli azdır, lakin artım potensialı böyükdür.
Əvəzində, TikTok ən uğurlu qısa video xidmətlərində liderlik edir. Digər böyük rəqiblər hazırda analoji məhsul yaratmaq uğrunda yarışır. Facebook oxşar xidməti - Instagram Reels-i ötən ilin avqustunda, Google-un mülkiyyətində olan YouTube isə Shorts adlı proqramı 2020-c ilin sentyabrında istifadəyə verib.
Bu ilin iyununda TikTok-un bazar dəyəri növbəti özəl investisiya raundundan sonra 425 milyard dolları keçib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
5 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























