Avropada qazın qiyməti yenidən 1000 kubmetr üçün 930 dolları keçdi
Sentyabrın 27-də keçirilən ticarət zamanı Avropada təbii qazın qiyməti yenə 1000 kubmetr üçün 930 dolları keçib. Marja ICE birjasının məlumatlarına istinadən xəbər verir ki, gün ərzində qazın qiyməti 9% artıb.
Oktyabr fyuçerslərinin dəyəri 1000 kubmetr üçün 930,5 dollara çatdıb.
Sentyabrın 15 -də keçirilən hərracda qazın qiyməti 150 dollar artmış, bir neçə dəfə tarixi rekordu yeniləmiş və 1000 kubmetrə görə 970 dollara çatmışdı. Sonrakı günlərdə qiymət 800-900 dollar aralığında dəyişirdi.
Hava şəraiti ilə əlaqədar olaraq təbii qaza təlabatın artması, qaz anbarlarında ehtiyatların azalması, mayeləşdirilmiş təbii qazın (LNG) qiymətlərin daha yüksək olduğu Asiya bazarlarına daşınması Avropada təbii qazın bahalaşmasının əsas səbəbləridir. Avropada iddia olunur ki, təbii qazın bahalşaması Rusiya ilə bağlıdır. Guya Rusiya Avropaya qaz nəqlini azaldıb. Rusiya bu ittihamları qəbul etmir.
"Gazprom"un İxrac və qiymət şöbəsinin müdiri Sergey Komlev bildirib ki, 2021-ci ildə Rusiyadan Avropaya boru kəməri qazı tədarükü ən yüksək həddə çatıb və "Gazprom"un qaz hasilatı da 18,4%a artıb. Eyni zamanda, Avropa qaz bazarı 2021-ci ilin ilk yarısında mayeləşdirilmiş təbii qazın (LNG) Asiya-Sakit Okean və Cənubi Amerika bazarlarına axını ilə üzləşib, Avropanın qaz idxalındakı payı 41,5%-dən 31%-ə düşüb. Bu dövrdə Avropaya LNG tədarükü 10,74 milyard kubmetr və ya 15,9% azalıb.
Bir müddət əvvəl "Gazprom"un İdarə Heyətinin sədri Aleksey Miller, Avropanın yeraltı qaz anbarlara qaz vurması və artan tələbat ilə əlaqədar olaraq Avropada təbii qaz qiymətlərinin rekordlar qırdığını və yaxın gələcəkdə yeni rekordlar qıra biləcəyini söyləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
5 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























