Qlobal tələbat əvvəlki səviyyəsinə 2022-ci ildə qayıdacaq - iri neft istehsalçılarından proqnoz
Bu ilin sonunda 100 milyona çatacaq...Neftə qlobal tələbat getdikcə pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşır.
Marja xəbər verir ki, bu barədə S&P tərəfindən təşkil olunan 37-ci Asiya-Sakit okean Neft Konfransının (APPEC 2021) iştirakçıları olan iri neft istehsalçıları və treyderlər bildirib.
ABŞ-ın iri neft və qaz hasilatçısı Hess Korporasiyası qlobal tələbatın ilkin ehtimalla bu ilin sonuna, ən pis halda 2022-ci ilin əvvəlində sutkalıq 100 milyon barelə çatacağını proqnozlaşdırır.
Beynəlxalq Enerji Agentliyi də cari ilin son rübündən başlayaraq, “təxirə salınmış tələbatın artımı və peyvənd proqramının genişlənməsi çərçivəsində” tələbatın dayanıqlı artımını gözləyir.
Qurum tələbatın 2020-ci ildə sutkalıq 90,9 milyon barellə müqayisədə 2021-ci ildə orta hesabla 96,1 milyon barel, 2022-ci ildə isə 99,4 milyon barel təşkil edəcəyini proqnozlaşdırır. OPEC isə daha optimal proqnoz verərək, tələbatın artıq 2021-ci ilin 4-cü rübündə sutkalıq 99,7 milyon barelə çatacağını bildirib.
Tələbatın artmasına təsir göstərəcək əsas amillərdən bir neft emalı zavodlarının əvvəlki gücünü bərpa etməsi və yeni istehsal xətlərinin işə salınmasıdır. Xüsusən, ən iri emalçılardan olan Malayziyanın Petronas şirkəti bu ilin sonuna kimi Saudi Aramco ilə birgə sutkalıq emal gücü 300 min təşkil edən neft emalı və neft-kimya kompleksinin fəaliyyətini tam bərpa etməyi planlaşdırır.
Çində isə sutkalıq gücü 320 min barel olan tam yeni neft emalı kompleksi tezliklə sınaq rejimində istehsala başlayacaq. Zavodun gələn ildən 15,89 milyon ton, 2023-cü ildən isə 16 milyon ton xam neft idxal etməsi gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
5 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























