Elektrik enerjisi böhranı Çinə də sıçradı
Avropada istehsalı təhdid edən elektrik enerjisi fasilələri Çində də yaranmağa başlayıb.
Marja xəbər verir ki, ölkənin ən azı 15 əyalətində elektrik enerjisi fasilələr ilə verilir.
Çinin ən mühüm sənaye müəssisələri də elektrik enerjisini failələr ilə alırlar.
Jiangsu, Zhejiang və Guangdong kimi ixrac bölgələrində zavodlar xarici sifarişləri gecikdirə bilərlər. Həmçinin istehsalın azalmasının qiymətlərin yüksəlməsinə səbəb olacağı bildirilir.
Artan enerji qiymətləri və xərclər ilə əlaqədar olaraq Çində ölkə müqiyasında alüminium, tekstil və soya emalı kimi böyük zavodların fəaliyyətlərini azaltması və ya dayandırılması əmri verilib.
Çin iqlim dəyişikliyinə qarşı daha qərarlı addımlar atdığı dövrdə, təbii qaz və kömür qiymətləri həddindən artıq yüksəlib. Bu səbəbdən elektrik enerjisi istehsalı da azlıb.
Digər tərəfdən xammal və əmtəə qiymətləri yükəldiyindən metal, şüşə, sement və polad kimi enerjinin çox istifadə edildiyi sektorlarda istehsal artıb.
Dünyanın ən böyük ikinci iqtisadiyyatında elektrik enerjisi ehtiyacının 56%-i kömür heabına təmin edilir.
Zhengzhou Əmtəə Birjasında kömürün qiyməti yalnız Sentyabr ayının ilk üç həftəsində 40% yüksəlib. Mart ayının əvvəlində 600 yuan civarında ticarət olunan kömür ötən 7 ayda 2 dəfə bahalaşıb.
Yay aylarında baş verən sel kimi təbii fəlakətlər mədən qəzalarına səbəb olub. Bu səbəbdən aparılan sərt yoxlamalar kömür hasilatının azalmasına səbəb olub. Eyni zamanda, rekord fraxt qiymətləri İndoneziya kimi ölkələrdən daşıma xərclərini artırıb. Çinin Covid-19 qarşı tətbiq etdiyi məhdudiyyətlər Monqolustandan da yük maşınlarının keçidini axsadır.
Pekin ilə yaşanan gərginliyə görə Avstraliyadan idxala da embarqo tətbiq olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)






