Bu ilin 8 ayında ölkədə elektrik enerjisi istehsalı artıb
Energetika Nazirliyinin yaydığı məlumata görə, 2021-ci ilin yanvar-avqust ayları üzrə elektrik enerjisinə dair operativ məlumatlara əsasən, avqust ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2767,4 mln. kVt·st, ixracı 150,6 mln. kVt·st, idxalı 10,5 mln. kVt·st olub.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə avqust ayında respublika üzrə elektrik enerjisinin istehsalı 611,2 mln. kVt·st, ixrac 49,1 mln. kVt·st artıb, idxal isə eynilik təşkil edib.
Cari ilin yanvar-avqust aylarında isə respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1109,7 mln. kVt·st artaraq 18612,4 mln kVt·st olub.
Hesabat dövründə ötən ilin 8 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 994,2 mln. kVt·st artaraq 17409,7 mln kVt·st, SES-lərdə 120,3 mln. kVt·st artaraq 966,9 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 4,8 mln. kVt·st azalaraq 235,8 mln. kVt·st olub. Külək elektrik stansiyalarında 58,6 mln. kVt·st, günəş elektrik stansiyalarında 38,0 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 139,2 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
Yanvar-avqust aylarında elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 16737,1 mln. kV·ts (İES-lərdə 15892,7 mln. kVt·st, SES-lərdə 844,4 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 312,3 mln. kV·st (İES-lərdə 165,7 mln. kVt·st, SES-lərdə 111,6 mln. kVt·st, GES-də 35,0 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 43,1 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə 1519,9 mln. kVt·st təşkil edib.
8 ay ərzində elektrik enerjisinin ixracı 971,9 mln. kVt·st olmaqla, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 142,2 mln. kVt·st artıb. İrana 238,9 mln. kVt·st, Türkiyəyə 164,1 mln. kVt·st, Rusiyaya 63,7 mln. kVt·st, Gürcüstana isə 505,2 mln. kVt·st elektrik enerjisi ixrac edilib.
Bu dövrdə elektrik enerjisinin idxalı 110,6 mln. kVt·st olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 15,9 mln. kVt·st artıb. İrandan 22,4 mln. kVt·st, Rusiyadan 63,5 mln. kVt·st, Gürcüstandan isə 24,7 mln. kVt·st elektrik enerjisi idxal edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
50 d. əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 57 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)





.jpg)







