LNG -nin Avropanın qaz idxalındakı payı 41,5-dən 31%-ə düşüb
"Avropa qaz bazarı, 2021-ci ilin ilk yarısında mayeləşdirilmiş təbii qazın (LNG) Asiya-Sakit Okean və Cənubi Amerika bazarlarına axını ilə üzləşib, idxaldakı payı 41,5%-dən 31%-ə düşüb".
Marja xəbər verir ki, bu fikrləri "Gazprom Export"un Departament rəhbəri Sergey Komlev "Qazprom"un korporativ jurnalı üçün yazdığı məqaləsində bildirib.
"2021-ci ilin yanvar-iyun aylarında idxalın strukturunda LNG-nin payı əhəmiyyətli dərəcədə azalıb - 2020 -ci ilin altı ayında 41,5%-dən 2021-ci ilin birinci yarısında 31%-ə qədər düşüb. LNG Asiya -Sakit Okean bölgəsinə və Latın Amerikasına daşınır", - məqalədə bildirilir.
Komlev əlavə edib ki, bu müddət ərzində Avropaya LNG tədarükü 10,74 milyard kubmetr və ya 15,9% azalıb.
"Gazprom Export" şirkətinin rəsmisi vurğulayıb ki, Avropa ölkələrinin Amerika Birləşmiş Ştatlarından mayeləşdirilmiş təbii qaz tədarükünün sabit olacağına dair ümidləri ardıcıl ikinci ildir ki, LNG -nin Asiya bazarında cəlbedici qiyməti səbəbindən özünü doğrultmur.
Komlev qeyd edib ki, LNG-nin qiymətləri Asiyada daha az cəlbedicidir, bu səbəbdən Avropa daha az LNG ala bilir.
Komlevin sözlərinə görə, 2021-ci ilin ilk yarısında ABŞ-dan LNG ixracı rekord səviyyəyə çatıb və 38,3% artıb. Ancaq bu artım Avropanın alışıları hesabına deyil, Çin, Yaponiya və Braziliyanın hesabınadır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
5 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)





