Yeni tələb gəlir: bütün smartfonlar üçün eyni USB kabel
iPhone, Samsung, Xiaomi və başqa cihazlar üçün bir kabeldən istifadə mümkün ola bilər. Bundan sonra iPhone, Samsung, Xiaomi və başqa cihazlar üçün bir kabeldən istifadə mümkün olacaq...Avropa İttifaqı bütün smartfonlar üçün vahid enerji yığma kabeli tətbiq etməyi planlaşdırır.
Marja.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının dünən elan etdiyi təklifdə bildirilir. Məqsəd müxtəlif markalı smartfon sahiblərinin öz cihazlarını eyni tipli vasitədən istifadə edərək enerji mənbəyinə qoşmasını təmin etməkdir.
Komissiyanın açıqladığı məlumatlara görə, 2020-ci ildə Avropa İttifaqında təxminən 420 milyon ədəd mobil telefon və digər daşınan cihaz satılıb. Smartfon istifadəçilərinin 38%-i öz cihazları üçün ayrı-ayrı USB kabel almağa məcburdur, çünki bir model smartfonun USB yeri ilə digərininki həmişə uyğun gəlmir. Nəticədə, təkcə USB kabellərinə ildə 2,4 milyard avro pul xərclənir, istifadə edilmədən atılan USB-lər isə hər il 11 min ton elektron tullantı əmələ gətirir.
Təsdiq edilməsi nəzərdə tutulan yeni qanunvericilik aktı smartfonlar, rəqəmsal kameralar, planşetlər, oyun konsolları və qulaqcıqlar üçün vahid USB portunun tətbiqini məcburi edəcək. Komissiya bu tədbirlər sayəsində ildə müştərilərin 250 milyon avro (293 milyon dollar) vəsaitə qənaət edəcəyini bildirib.
Kim razı, kim narazı?
Mobil cihaz bazarının ən iri oyunçularından olan Apple Avropa İttifaqının yeni təklifi ilə əlaqədar “ətraf mühiti qorumaq dəyərlərinə sadiq olduqlarını, lakin yeni qərarın innovasiyanı məhdudlaşdıracağını və sonda müştərilərə ziyan vuracağını” bildirib.
Digər iri smartfon istehsalçılarından hələlik səs çıxmayıb...
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



















.jpg)







