Expressbank-dan korporativ müştərilərə daha bir yenilik!
Bank korporativ müştərilərinə beynəlxalq köçürmələri daha sürətli, təhlükəsiz, aşağı əməliyyat xərcləri ilə həyata keçirməyə imkan verən “Visa B2B Connect” ödəmə şəbəkəsini istifadəyə verib.(®) Uğur qazanmağın və zəmanənin əsas tələblərindən biri vaxta qənaət etmək, onu düzgün bölüşdürməkdir. Bu səbəbdən hər zaman müştərilərinə xüsusi qayğı və diqqətlə yanaşaraq, onların vaxtına dəyər verərək işlərinin daha rahat getməsi üçün çalışan Expressbank daim yeni texniki imkanlar, innovasiyalar, yeni layihələr üzərində çalışır.
Bu yeniliklərdən biri kimi Expressbank daha bir layihəni yekunlaşdıraraq müştərilərinin istifadəsinə təqdim edib. Belə ki, Expressbank korporativ müştərilərinə beynəlxalq köçürmələri daha sürətli, təhlükəsiz, aşağı əməliyyat xərcləri ilə həyata keçirməyə imkan verən “Visa B2B Connect” ödəmə şəbəkəsini rəqəmsal ödənişlər üzrə dünya lideri olan Visa şirkəti ilə birgə istifadəyə verib.
“Visa B2B Connect” hüquqi şəxslərin qarşılıqlı fəaliyyətində mövcud məhdudiyyətləri aradan qaldıraraq hesablaşmaların sürətini əhəmiyyətli dərəcədə artırır. Platforma eyni zamanda vəsaiti göndərənlərə və alanlara köçürmələrin şəffaflığını, göndərən bankdan qəbul edən bankadək ödənişin cari vəziyyətini real zamanda izləməyə imkan verir. Köçürmələrin sürəti və dəqiqliyi artır, habelə pul axınına nəzarət onların idarə olunması təkmilləşdirilir və sadələşdirilir. “Visa B2B Connect” hazırda dünyanın 80-dən çox bazarında mövcuddur.
Qeyd edək ki, Expressbank “Visa B2B Connect” layihəsini müştərilərinə təqdim etmiş ilk banklardan biridir.
Biznes və pərakəndə bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən Expressbank-ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
50 d. əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 57 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)





.jpg)








