“TBC Kredit” istiqrazlarının “Açılış Zəngi” mərasimi keçirildi
23 sentyabr Bakı Fond Birjasında TBC Kredit BOKT MMC-nin mütəşəkkil kapital bazarlarında ilk istiqraz buraxılışını qeyd etmək məqsədi ilə “Açılış Zəngi” mərasimi keçirilmişdir.
Birjanın yaydığı məlumatda bildirilir ki, 3 milyon manat həcmində olan yerləşdirmənin anderraytinq xidmətini BFB-nin üzvü AzFinance İnvestisiya Şirkəti QSC həyata keçirmişdir. Azərbaycanın qeyri-neft sektorundan olan TBC Kreditin istiqraz buraxılışı həyata keçirməsi yerli mütəşəkkil kapital bazarlarının inkişafı üçün xüsusi önəm daşıyır.
Açılış mərasimində emitent tərəfindən TBC Kreditin direktoru Əjdər Əliyev, birja üzvü tərəfindən AzFinance investisiya şirkətinin direktoru İntiqam Səfərəliyev, AMFA (Azərbaycan Mikromaliyyə Assosiyasiyası) direktoru Jalə Hacıyeva və BFB-nin sədri v.m.i.e Eldar Abdullayev iştirak etmişdir. BFB-nin İdarə Heyətinin Sədri v.m.i.e Eldar Abdullayev “Açılış Zəngi” Mərasimini açıq elan edərək TBC Kreditin birja vasitəsilə həyata keçirtdiyi istiqraz buraxılışının Azərbaycanda maliyyə sektorunun inkişafı istiqamətində aparılan tədbirlərin uğurlu nəticəsi olduğunu, maliyyə sektorunun inkişafına töhfə verməklə yanaşı vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasında xüsusi rol oynayacağını bildirdi. Eyni zamanda, qeyd olunan istiqrazlar korporativ qiymətli kağızlar bazarında maliyyə alətlərinin diversifikasiyasına səbəb olmaqla investorlar üçün daha geniş imkanların olduğu münbit investisiya mühiti formalaşdıracaqdır.
Bakı Fond Birjasında partnyor olaraq Listinq Məsləhət Proqramına qoşulan Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) açılış mərasimində iştirak etmişdir, Bank Olmayan Kredit Təşkilatlarının istiqraz buraxılışını müsbət qiymətləndirmişdir və bu istiqamətdə BFB ilə əməkdaşlıqların davamı olacağını qeyd etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır















.jpg)






