EMBAWOOD şirkəti 25 illiyini qeyd edir - VİDEO
(®)Hər bir evdə uyğun şəraitin təmin edilməsi prosesi düzgün mebel seçimi ilə başlayır. İllər öncə keyfiyyətli və istəklərə cavab verən mebel növləri indiki qədər əlçatan deyildi. Çeşid azlığı və əsasən xaricdən gətirilən məhsulların yüksək qiyməti mebeli yeniləmək istəyənləri fikirlərindən döndərirdi. Məhz bu dövrdə Embawood yerli bazara əminliklə daxil oldu. İnsanlara gündəlik həyatlarında rahatlığı təmin edən, zövqlərinə uyğun keyfiyyətli, praktik mebel təqdim etmək missiyasını hədəf alan şirkətin bu gün Azərbaycanda toplam sahəsi 85 000 m²-dən böyük olan 141 mağazası fəaliyyət göstərir.
1996-cı ildə Embawood, Azərbaycanın ilk yerli mebel markası olaraq Masallıdakı fabriki ilə faəliyyətə başladı. 2000-ci ildə Xırdalan Mebel Fabrikinin fəaliyyətə başlaması ilə Embawood daxili bazarda sözünü deyə biləcək brend adı altında inamla irəliləməyə davam etdi. 2002-ci ildə Embawood brendi altında ilk mağaza alıcılara təqdim olundu. Bu gün “Embawood” MMC-nin 5 tanınmış mebel brendi (Embawood, Madeyra, Embakitchen, Ideal Dizayn, Embapanel) fəaliyyət göstərir.
25 il əvvəl yaranan və ildən-ilə istehsal günücü artıraraq inkişaf edən ilk yerli mebel şirkətinin bu gün Azərbaycan, eləcə də Gürcüstan, Qazaxıstan, Ukrayna kimi ölkələr daxil olmaqla toplamda 7 fabriki fəaliyyət göstərir. Sözügedən xarici ölkələrdə həmçinin Embawood və Madeyra brend mağazaları mövcuddur. Hazırda şirkətə məxsus fabriklərdə Almaniya və İtaliyadan avadanlıqlar, Türkiyə, Rusiya, Avstriya, İtaliya, İspaniya, Çin, Belarus kimi ölkələrdən idxal olunan aparıcı brendlərə məxsus müxtəlif növ xammaldan istifadə olunur.
İşində daim yenilikçi olan Embawood müştərilərin rahat seçim imkanlarını təmin etmək məqsədilə yenilənmiş veb-saytların üzərindən onlayn satış xidməti, görüntülü məsləhətçi, sosial şəbəkələr üzərindən müştəriyə dəstək xidmətlərini təqdim edir. Müştəri məmnuniyyəti missiyasını əsas tutan şirkətimizdə qaynar xətt və Satış Sonrası Xidmət vasitəsilə müştəridə yarana biləcək bütün sualların cavablandırılması, əldə olunan məhsullara 2 il zəmanət çərçivəsində baş verəcək çətinliklərin aradan qaldırılması operativ şəkildə həyata keçirilir. Bütün bu mərhələlər illər öncə formalaşan keyfiyyət zəncirinin vacib hissələridir.
Dəyişən dövrdə daim hərəkətdə olmaq, texnoloji inkişaf trendləri ilə ayaqlaşmaq, dayanmadan ən yaxşısı üçün çalışmaq – Embawood şirkətinin həmişə prioritet məqsədləri olmuşdur. Müştərilərinin tələbini nəzərə alaraq, rəqəmsal texnologiyalardan istifadə edərək, eyni zamanda mövcud trendləri əsas götürərək Embawood dizayner qrupu yeni funksional mebel modelləri və evlərinizin rahatlığı üçün lazımi praktik həllər üzərində mütəmadi olaraq çalışır. Hər evin, hər ailənin bir parçası olmaq arzusu ilə fəaliyyətinə davam edən ilk milli mebel brendi - Embawood hər zaman müştərilərinin qayğısındadır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 11 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)








.jpg)







