TAP kəməri ilə ilk 5 mlrd. kubmetr qaz nəql edilib
Azərbaycan qazını Avropaya daşıyan Trans-Adriatik boru kəməri (TAP) ilə ilk 5 milyard kubmetr qaz nəql edilib.
Bu barədə TAP Konsorsiumu məlumat yayıb.
"TAP AG (konsorsiumu – red.) Azərbaycandan ümumilikdə 5 milyard kubmetr təbii qazın TAP-ın TANAP-a (Trans-Anadolu qaz boru kəməri – red.) birləşdiyi Yunanıstan-Türkiyə sərhədindəki Kipoi bağlantı məntəqəsi vasitəsilə Avropaya çatdığını təsdiqləyir", - məlumatda bildirilir.
TAP-ın icraçı direktoru Luka Şipatinin (Luca Schieppati) sözlərinə görə, bir çox bazarlarda enerji təhlükəsizliyini və diversifikasiyanı təmin etməklə yanaşı, TAP vasitəsilə çatdırılan qaz həcmləri enerji keçidini dəstəkləyir (xüsusilə də Cənub-Şərqi Avropada – red.).
Bundan əlavə, L. Şipatinin sözlərinə görə, uzunmüddətli perspektivdə TAP, emissiyaların azaldılmasına yönələn Avropa İttifaqının enerji keçidi məqsədlərinə uyğun olaraq, hidrogen kimi, karbon neytral enerji mənbələrini nəql etmək imkanlarını axtarmağa davam edəcək.
Qeyd edək ki, Azərbaycan qazı Avropaya TAP vasitəsi ilə nəql edilir. Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti ilə "mavi yanacağ"ın kommersiya məqsədli nəqlinə ötən il dekabrın 31-də başlanılıb. Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanər Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir.
Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-avqust aylarında Azərbaycan Avropaya 986 278,16 min ABŞ dolları dəyərində 3 621 896,03 kubmetr həcmində qaz ixrac edib. Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan təbii qazın dəyərinə dair məlumatlar nəzərə alınıb.
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























