Azərbaycanın tədiyyə balansı açıqlandı
2021-ci ilin 1-ci yarımilliyində Azərbaycanın tədiyyə balansında 1,3 milyard dollar artıqlıq (profisit) yaranıb. Halbuki, 2020-ci ilin eyni dövründə 956,4 milyon dollar kəsir yaranmışdı.
Marja-nın məlumatına görə, 2021-ci ilin 6 ayı üzrə Azərbaycan Respublikasının Tədiyyə balansında bildirilir ki, 2021-ci ilin 1-ci yarımilliyində tədiyə balansı əsasən qlobal əmtəə bazarlarında qiymətlərin bərpası və qeyri-neft ixracının genişlənməsindən təsirlənmişdir. Cari əməliyyatlar balansında 1.9 milyard dollarlıq profisit, kapital və maliyyənin hərəkəti hesabında isə 0.6 milyard dollarlıq kəsir yaranmış, ehtiyat aktivləri 1.3 milyard dollar artmışdır. Bu dövrdə xam neftin orta qiyməti 58 dollar/barel olmuş, qeyri-neft ixracı isə 20% artmışdır.

Cari əməliyyatlar hesabı
2021-ci ilin 6 ayı üzrə cari əməliyyatlar hesabının profisiti 1.9 milyard və ya ÜDM-in 8%-ni təşkil etmişdir (2020-ci ilin 6 ayı üzrə 598.2 milyyon dollar olmuşdur). Neft-qaz sektoru üzrə cari əməliyyatlar balansının profisiti ötən ilin müvafiq dövrünə nəzərən 40.7% artaraq 4.6 milyard dollar, qeyri-neft sektoru üzrə cari əməliyyatlar balansının kəsiri isə 1.8% artaraq 2.7 milyard dollar məbləğində olub.
Xarici ticarət balansı
2021-ci ilin 6 ayı üzrə xarici ticarət dövriyyəsi 13.2 milyard dollar təşkil etmiş, neft-qaz sektoru üzrə 6.4 milyard dollarlıq profisit qeyri-neft sektoru üzrə 2.9 milyard dollarlıq kəsiri bağlamış və nəticədə xarici ticarət balansında 3.5 milyard dollar həcmində profisit yaranmışdır. Hesabat dövründə Azərbaycanın dünyanın 172 dövləti ilə ticarət əlaqələri olmuşdur. Xarici ticarətin 13.6%-i MDB üzvü olan dövlətlərin, 86.4%- i isə digər xarici dövlətlərin payına düşür.
Xidmətlər balansı
2021-ci ilin 6 ayı üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 4.4 milyard dollar təşkil etmişdir. Bunun 2.9 milyard dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 1.5 milyard dolları isə Azərbaycan rezidentləri tərəfindən xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir. Ümumilikdə, xidmətlər balansında yaranan kəsir 2.1% azalaraq 1.3 milyard dollar olmuşdur. Neft-qaz sektoru üzrə xidmətlər balansının (əsasən tikinti xidmətləri və digər işgüzar xidmətlər) kəsiri 976.9 milyon dollar (20.1% azalma) olmuşdur. Qeyri-neft sektoru üzrə xidmətlər balansının kəsiri isə 323.6 milyon dollar (3.1 dəfə artım) olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 saat əvvəl
-
5 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
14 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN






.jpg)
.jpg)






.jpg)







