Amazon televizor biznesinə daxil olur - QİYMƏTLƏR
"Amazon.com Inc." şirkəti bazara ilk televizor modellərini çıxarır. Şirkət, ev əyləncə cihazları bazarında "Roku Inc." və "Google" rəqib olacaq.
"Amazon"gələn ay ABŞ-da öz istehsalı olan televizorları bazara çıxaracağını açıqlayıb.
Marja xəbər verir ki, iki TV modeli ilə sektora daxil olacaq Amazon, "Omni" adındakı modelinin 409,99 dollardan, "4-Series" modelinin isə 369,99 dollardan başlayan qiymətlər ilə satılacağını açıqlayıb. Modellərin 43 düym ilə 75 düym xüsusiyyətə malik olduqları və Oktyabr ayında satışa çıxarılacaqları qeyd edilib.
Amazon hal-hazırda TV sənayesindəki ən böyük oyunçulardan biridir. Şirkətin USB yaddaş ölçüsündəki cihazı "Fire TV Stick", HDMI əlaqə üzərindən televizor, Wi-Fi xüsusiyyəti ilə də internetə əlaqə təmin edə bilir. Amazon, bu zamana qədər 100 milyondan çox "Fire TV" satışı edib.
Televizorlar üçün inkişaf etdirilən proqram və platformalar, əyləncə sektorunda ən sürətli böyüyən kateqoriyalar arasında yer alır. "EMarketer Inc."a görə, söz mövzusu platformalarda nümayiş olunan reklamların bu il 4 milyard dolları aşması gözlənilir.
Amazonun verdiyi bu yeni qərarla daxil olacağı sektorda "Roku", "Google", "Samsung Electronics Co" və "Apple Inc" ilə güclü rəqabətə başlayacağı təxmin edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























