Rusiya faiz artırdı
Rusiya Mərkəzi Bankı faizini artırmaq barədə qərar qəbul etdi.Rusiya Mərkəzi Bankı 10 Sentyabr 2021-ci il tarixli yığıncağında pul siyasətini sərtləşdirmə dövrünü davam etdirib və əsas faiz dərəcəsini daha 0,25 faiz bəndi artıraraq 6.50%-dən 6.75%-ə yüksəldib.
Marja xəbər verir ki, iqtisadçıların proqnozu da faizin 0,25 ya da 0,50 bənd artırılaraq 6,75 və ya 7% səviyyəsinə çatdırılacağı istiqamətində idi.
Ekspertlərin fikrincə, artım dövrü bununla bitməyəcək.
Qərar yüksək inflyasiya gözləntiləri nəzərə alınmaqla qəbul edilib.
Bu il Rusiyada inflyasiya sürətlənib. Mərkəzi Bank faizi artıraraq inflyasiyanı azaltmağa çalışır. Avqust ayında Rusiyada illik inflyasiya iyul ayındakı 6.46%-ə qarşı 6.68%-ə yüksəlib.
"İstehsalın artması imkanları ilə müqayisədə tələbin daha sürətli genişlənməsi səbəbindən sabit amillərin inflyasiyaya verdiyi töhfə əhəmiyyətli olaraq qalır. İnflyasiya hədəfdən yuxarıya doğru daha da yüksələ bilər" , -Rusiya Bankı bildirir.
Mərkəzi Bank, iqtisadi vəziyyətin baza proqnozuna uyğun olaraq inkişaf edəcəyi təqdirdə "növbəti yığıncaqlarda əsas faiz dərəcəsinin daha da yüksəlmə ehtimalını" qəbul edir.
Rusiya Bankı əsas faiz dərəcəsini ardıcıl 5-ci dəfədir artırır. Sonuncu dəfə Mərkəzi Bank 1 faiz bəndi faizini qaldırmışdı və bu onun 2014 -cü ildən bəri ən qətiyyətli addımı idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)






