Microsoft 17 milyon istifadəçisi olan video-redaktor aldı
Office 365 paketində tətbiq edəcək...ABŞ-ın texnologiya nəhəngi Microsoft Windows 11-in istifadəyə vermə tarixini açıqladıqdan sonra, bu dəfə yeni xəbərlə gündəmə gəlib.
Marja xəbər verir ki, şirkət videoları redaktə edən tətbiqi proqram Clipchamp-ı aldığını açıqlayıb.
Sövdələşmənin qiyməti barədə məlumat verilməsə də, bu razılaşma Microsoft-un həm fərdi, həm də korporativ müştərilər üçün təklif etdiyi proqram təminatında yeni mərhələ olacaq. Şirkət avqustun ortalarında Office 365 paketi üçün illik abunə qiymətlərini 2022-ci ildən etibarən artıracağını, lakin həm də bir sıra təkmilləşdirilmiş yeniliklər əlavə edəcəyini açıqlamışdı. Clipchamp-ın da bu paketə daxil ediləcəyi gözlənilir.
2013-cü ildə Avstraliyada qurulan startap olan Clipchamp hazırda 390 mindən çox şirkətdə istifadə olunur və 17 milyon qeydyyatdan keçmiş istifadəçisi var. Bu isə ötən ilə nisbətən 54% artım deməkdir. İri müştərilər arasında Google, Microsoft, Deloitte, Zendesk və başqaları da var. Şirkət Facebook, Instagram və TikTok-da paylaşılan videolar üçün 9:16 nisbətində redaktə xidmətlərinin satışını 140% artırıb.
Xatırladaq ki, bir neçə həftə əvvəl daha bir texnologiya şirkəti Adobe videolara əlavələr etməyə imkan verən Frame.io proqramını 1,3 milyard dollara alacağını açıqlamışdı.
Clipchamp video yaratmaq və redaktə etmək üçün məhsuldur (paket). Mükəmməl funksionallıq və geniş "kitabxanası", mətn və rəng ilə istifadə etmək inanılmaz dərəcədə asandır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb






















.jpg)




