Birləşmə və Satınalma bazarında son 14 ilin rekordu
Təkcə avqustda 500 milyard dolları keçib...Pandemiyadan sonra canlanan qlobal Birləşmə və Satınalma (Merger and Acquisition, M&A) bazarı yeni rekorduna yaxınlaşır.
Marja xəbər verir ki, təkcə “sakit ay” sayılan avqustda 500 milyard dollardan çox sövdələşmə baş tutub. Ötən ilin müvafiq ayında bu rəqəm 289 milyard dollar, 2019-cu ildə isə 275 milyard dollar idi.
Artımın əsas səbəbləri çox aşağı xərcli kredit imkanları, özəl kapital qruplarının əlində toplanan trilyonlarla dollar və korporativ bazarın “iştaha” gəlməsidir. Nəticədə bu ilin yanvar-avqust aylarında müxtəlif sahələrdəki 40 mindən çox birləşmə və satılnalmaların həcmi 3,9 trilyon dollara çatıb. Müqayisə üçün - 2020-ci ilə həmin göstərici 1,9 trilyon dollar, 2019-cu ildə isə 2,6 trilyon dollar olub.
Texnologiya sektoru 21% payla liderlik edir - 8742 sövdələşmə, 832 milyard dollar (2019-cu ildə 291 milyard dollar, ötən il 301 milyard dollar). Digər iri sahələr maliyyə xidmətləri (12,1%), sənaye (12%), enerji və səhiyyədir (hər ikisi 9,6%).
Hazırkı temp davam edərsə, Birləşmə və Satınalma bazarının bu ilki həcmi 2007-ci ildə qeydə alınmış tarixi rekordu - 4,3 milyard dolları üstələyəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























