İranlı professorun qurduğu şirkət yarım ilə bazar dəyərini 10 milyard dollar artırıb
Bir dəfəyə 1,6 milyard dollar vəsait, dəyəri gəlirlərini 63 dəfə üstələyir...Hazırda ən iri data və kompüter mühəndisliyi şirkətlərindən biri, bütün dünyada 5000-dən çox müştərisi olan Databricks bu həftənin əvvəli iri məbləğdə - 1,6 milyard dollar vəsait cəlb edib.
Marja xəbər verir ki, bununla da şirkət fevral ayındakı 1 milyard dollarlıq özəl maliyyələşmə rekordunu yeniləyib.
Hazırkı nəticə ilə Databricks cari ilin fevralındakı 28 milyard dollarlıq bazar dəyərini də artırıb. Morgan Stanley bankının rəhbərlik etdiyi son maliyyələşmə raundundan sonda şirkətin dəyəri 38 milyard dollara çatıb. Bu isə Databricksin hazırkı gəlirindən (600 milyon dollar) 63 dəfə çoxdur.
Databricks 2013-cü ildə İran əsilli kompüter mühəndisi, ABŞ-ın Berkeley Universitetinin professoru Əli Qüdsi və digər mütəxəssislər tərəfindən qurulub. Həmin vaxtdan bəri özəl investorlardan 3,5 milyard dollara qədər vəsait cəlb edən şirkət Qüdsinin rəhbərliyi altında Google və Microsoft kimi iri texnologiya nəhəngləri ilə əməkdaşlıq edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
9 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
9 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
9 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
11 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 11 saat əvvəl
-
11 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























