Yandex Uber-ə 1 milyard dollar ödəyəcək
Rusiya internet nəhəngi 2030-cu ilə qədər regionda “Uber” brendindən istifadə hüququnu saxlayır.
Rusiya internet şirkəti və axtarış sistemi Yandex qlobal taksi xidməti Uber-lə yeni razılığa gəlib. Marja Yandex-in rəsmi açıqlamasına istinadla xəbər verir ki, Uber hələ 2018-ci ildə Yandex-lə qurduğu birgə müəssisə olan MLU-dakı aşağıdakı paylarını satır:
Yandex Eats, Yandex Lavka və Yandex Delivery-də 33,5% pay;
Yandex Self-Driving Group-da 18,2% pay və
Yenidən təşkil oluna MLU-da əlavə 4,5% pay.
Yandex bu sövdələşmə üçün Uber-ə 1 milyard dollar ödəyəcək. Yenidən təşkil olunan şirkətdə Yandex 71%, Uber 29% paya malik olacaq. Həmçinin, 2030-cu ilə qədər Rusiya və bir sıra keçmiş Sovet ölkələrində (o cümlədən Azərbaycanda) “Uber” brendindən istifadə lisenziyası Yandex-ə məxsus olacaq.
Bundan əlavə, müqaviləyə əsasən, Yandex Uber-in qalan 29% payını 2023-cü ilin sentyabrına qədər 1,8 milyard dollara satın alma hüququnu da saxlayır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
9 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
9 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
9 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
11 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 11 saat əvvəl
-
11 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)



