Dünyanın ən iri mis yataqlarından birində işlər 2 il gecikir
10 milyardlıq layihədə Monqolustan hökuməti və mədən şirkəti yekun razılığa gəlməlidir.Monqolustanda ən iri xarici investisiya layihəsi olan Oyu Tolgoi mis mədənində tam hasilat işləri artıq 2-ci ildir ləngiyir.
Marja xəbər verir ki, səbəb hökumətlə dünyanın ən böyük mədən şirkətlərindən olan Rio Tinto arasındakı narazılıqlardır.
Qobi səhrasında, Monqolustan-Çin sərhədinə 80 km məsafədə yerləşən Oyu Tolgoi 2,7 milyon ton mis və 1,7 milyon unsiya (48 min ton) qızıl ehtiyatı ilə dünyanın ən nəhəng metal yataqlarından biridir. İnvestisiya dəyəri 10 milyard dollardan çox olan layihənin qlobal hasilatın 3%-ni təşkil edəcəyi gözlənilir.
Layihədə payların 66%-i Rio Tintonun törəmə şirkəti Turquoise Hill Resources-in, 34%-i Monqolustan hökumətinindir. Rio Tinto Monqolustana layihədəki paylarını maliyyələşdirmək üçün toplanmış faizlər də daxil olmaqla, 7,9 milyard dolalr borc verib.
Hökumət borc faizinin (illik Libor+6,5%) tamamilə azaldılmasını, layihənin dəyərində 1,5 milyard dollar artımın əsaslandırılmasını və dövlətin iştirak payının artırılmasını tələb edir. Rio Tinto məsələ ilə əlaqədar danışıqları tam bərpa etməyə hazır olduğunu bildirib.
Tərəflər arasında razılaşma əldə olunsa, hələ ötən ilin axırlarında istismara verilməli olan yataqda tam hasilat 2022-ci ildə başlayacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
9 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
9 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
9 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
11 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 11 saat əvvəl
-
11 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




























