Rusiyanın pendir istehsalçıları Belarusdan ucuz pendir idxalının artmasından narahatdır
Rusiyanın pendir istehsalçıları satılmamış məhsulları anbarlara yığdıqları bir dövrdə Belarusiyadan ucuz pendir tədarükünün artmasından narahatdırlar.
Marja xəbər verir ki, bu, Milli Süd İstehsalçıları Birliyi ("Soyuzmoloko"), "Streda Consulting" və "Milknew" informasiya agentliyi tərəfindən hazırlanan materiallardan məlum olur.
Məlumata görə, 2021-ci ilin yanvar-iyun aylarında anbarlarda Rusiyanın pendir ehtiyatları keçən ilin eyni dövrü ilə müqayisədə 24% artaraq 47 min ton təşkil edib. Belarusun Rusiya Federasiyasına pendir tədarükünü artırdığı da qeyd edilib. Belarusdan Rusiyaya pendir ixracı 2021-ci ilin ilk yarısında 2020-ci ilin eyni dövrü ilə müqayisədə 19% artaraq 145 min ton təşkil edib. Eyni zamanda, Belarus pendirləri Rusiya pendirlərindən ucuzdur."Soyuzmolok"un baş direktoru Artem Belov bunu çiy südün qiymətlərinin əsasən dövlət tərəfindən tənzimlənməsi və Belarus südünün qiymətinin Rusiyadan təxminən 25% aşağı olması ilə izah edir.
"Rosstat"a görə, Rusiyada pendir istehsalı iyun ayında 1,1%, iyul ayında isə 3,2%,artaraq 52,1 min tona çatıb. Belov qeyd edir ki, yerli pendir istehsalının artması fonunda ucuz idxalın əlavə artımı Rusiya istehsalçıları üçün satış problemləri yaradır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
9 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
9 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
9 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
11 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 11 saat əvvəl
-
11 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)






