Dövlət şirkətindən 22 milyon manat mənfəət
"AzerGold" QSC bu ilin 1-ci yarısını 21 milyon 668 min manat mənfəətlə başa vurub.
Bu barədə səhmdar cəmiyyətinin maliyyə hesabatından məlum olur.
Sənədə əsasən, 2021-ci ilin yanvar-iyun aylarında "AzerGold"un satışdan gəlirləri 80 milyon 711 min manat, satışının maya dəyəri 51 milyon 588 min manat, ümumi və inzibati xərcləri 6 milyon 612 milyon manat, digər əməliyyat xərcləri 305 min manat, digər gəlirləri 142 min manat, faiz xərcləri isə 680 min manat təşkil edib. Şirkət mənfəət vergisi ödəməyib.
Bu il iyulun 1-nə "AzerGold"un aktivləri 266 milyon 3 min manat olub ki, bu da ilin əvvəli ilə müqayisədə 11,9% çoxdur. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 11,9% azalaraq 62 milyon 507 min manata düşüb, balans kapitalı isə 22% artaraq 203 milyon 497 min manata, o cümlədən nizamnamə kapitalı 67,6% artaraq 62 milyon manata çatıb.
Xatırladaq ki, "AzerGold" ölkə prezidentinin 11 fevral 2015-ci il tarixli fərmanı ilə 5 iyul 2016-cı il tarixində yaradılıb. 100% dövlətə məxsus şirkəti İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri təmsil edir.
"AzerGold"un fəaliyyət sahələrinə qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsi daxildir.
Telegramda Marja.az səhifəsinə abunə olun
Renkinq
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 19 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)
.jpg)








.jpg)





