Azərbaycanda 2 yeni sitrus bitkisi becəriləcək
Laym və berqamot bitkilərinin Azərbaycanda tətbiqi planlaşdırılırAMEA Lənkəran Regional Elmi Mərkəzində (REM) ənənəvi sitrus sortları ilə yanaşı, region üçün yeni olan sitrus meyvələrinin də yerli mühitə uyğunlaşdırılması və daha məhsuldar sortlarının yaradılması ilə bağlı mühüm işlər görülür.
Hazırda Lənkəran Regional Elmi Mərkəzinin “Sitrus kolleksiya bağı”nda Yaponiya, İran, Türkiyə və Rusiyanın Krasnodar vilayətindən gətirilən 12 növ limon, 7 naringi, 4 portağal, 4 qreypfrut və 3 quayava sort formaları daxil olmaqla 30 növ sitrus bitkisi üzərində elmi-tədqiqat işləri aparılır. Bu yaxınlarda daha 2 yeni sitrus bitkisi üzərində elmi-tədqiqat işlərinə başlanılıb.
AMEA Lənkəran Regional Elmi Mərkəzinin direktoru, professor Fərman Quliyev yeni növ sortlar barədə məlumat verib: “Yeni sitrus bitkilərindən ölkə iqlimi şəraitində yetişdirilməyən 2 növünü (laym və berqamot) əldə etmişik. Əldə olunan laym və berqamot bitkiləri artıq bar verib. Məhsulların keyfiyyətini, soyuğa, xəstəliyə və ziyanvericilərə qarşı davamlılığını öyrəndikdən sonra onların Azərbaycanda tətbiqini planlaşdırırıq”.
Professor Fərman Quliyevin sözlərinə görə, Mərkəz tərəfindən əldə olunan berqamot “kastanyaro” bitkisidir. Azərbaycanda bu günədək becərilməyən bu bitki bol məhsul verməsi ilə seçilir. O, əlavə edib ki, limondan fərqli olaraq, laym bitkisi ildə bir dəfə deyil, bütün ilboyu bar verir. Dadına görə daha turş olan bu meyvədən istər qida kimi, istərsə də təbabətdə daha geniş istifadə olunur.
Mərkəz direktoru gələcəkdə ölkəmizdə olmayan digər sitrus bitkilərinin də sort formalarının əldə olunaraq yerli şəraitə uyğunluğunun öyrəniləcəyini bildirib.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 10 saat əvvəl
-
- 10 saat əvvəl
-
10 saat əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 19 saat əvvəl
-
1 gün əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 3 gün əvvəl
-
3 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
“Günaydın” restoranı yeni filialını açır
“Pizza Mizza”nın “28 May” filialı açılıb
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
“Qarabağ Tekstil Evi” istifadəyə verildi - Yataq dəsti, çarpayı və divan örtüyü, dəsmal və digər məhsullar istehsal edir
İş əlcəkləri istehsalı müəssisəsinin açılışı oldu
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Azərbaycanda beynəlxalq sığorta forumu keçiriləcək
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb







.jpg)

.jpg)




.jpg)







