Bazarlara qorxu geri qayıtdı
ABŞ-ın siyasi səhnəsində baş verənlər bazarlarda oynaqlığı yenidən artırıb
"Marja" xəbər verir ki, ABŞ-dan gələn xəbər axını qlobal bazarlarda oynaqlığın yenidən yüksəlməsinə səbəb olub. Bu ay 1993-cü ildən bu yana ən aşağı səviyyəyə düşən və qorxu indeksi kimi də tanınan VIX indeksi Trump ilə bağlı iddialardan sonra bir gündə 46 faiz yüksəlib.
ABŞ Prezidenti Donald Trump haqqında əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrovla gizli məlumatları bölüşdüyü, sonra da Keçmiş Milli Təhlükəsizlik Müşaviri Maykl Flynn haqqındakı istintaqın dayandırılması tələb etdiyi iddiaları ilə qlobal bazarlarda risk iştahı düşüb və oynaqlıq artıb. Qorxu indeksi kimi də tanınan oynaqlıq indeksi VIX son 3 gündə fasiləsiz artarkən, bu artım 50%-ə yaxınlaşıb.
KİÇİK VƏ ORTA BİZNES ÜÇÜN AŞAĞI FAİZLƏ MİKROKREDİT
ABŞ-da son iki gündə baş verən iki mühüm hadisə Prezident Donald Trumpın vəzifəsindən azad edilməsi prosesinin başlanılması çağırışlarının daha yüksək səslə dilə gətirilməsinə səbəb olub.
Trump-ın Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə keçirdiyi görüşdə onunla bir başqa ölkədən alınmış çox gizli bir kəşfiyyat məlumatını bölüşüb. "Washington Post"un yaydığı xəbərin ABŞ Prezidenti tərəfindən "Buna haqqım var" deyərək təsdiqlənməsinin ardından, digər bir mühüm xəbər də "New York Times"da dərc olunub.
"New York Times", Trump-ın qısa bir müddət əvvəl vəzifəsindən azad etdiyi Federal İstintaq Bürosu (FBI) sədri James Comey-dən, Rusiya ilə əlaqələri səbəbindən qısa müddət əvvəl istefa edən Milli Təhlükəsizlik Müşaviri Maykl Flynn haqqında açılan istintaq işinin bağlanmasını istədiyini yazdı. Ağ Ev, bu iddiaları təkzib etdi.
Bu iki xəbərdən sonra Nümayəndələr Palatasının bəzi üzvləri, impeçment prosesinin başlaması üçün müraciət edəcəklərini açıqladı, ilk dəfə bir Respublikaçı Konqres üzvü də bu ehtimalı gündəmə gətirdi.
Nümayəndələr Palatasının Respublikaçı üzvü Castin Amash, "New York Times"ın xəbərinin doğru çıxması halında Trumpın Comeyden istintaqı dayandırmasını istəməsinin impeçment prosesinin başlanılması üçün lazımi baza yaratdığını bildirib.
ABŞ tarixində impeçment prosesinin baş verməsi ilk deyil ancaq vəzifəsindən azad edilən Prezident olmayb. İndi ağıllarda Trumpın ABŞ tarixində bir ilk olub olmayacağı sualı var.
Xəyanət, rüşvət və cinayət törətmək ABŞ preidentinin vəzifəsindən azad edilməsinə səbəb olan 3 maddədir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 8 d. əvvəl
-
- 14 d. əvvəl
- 23 d. əvvəl
-
34 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 38 d. əvvəl
-
50 d. əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb






.jpg)




.jpg)








.jpg)


