Hesab.az və Bakcell əməkdaşlığı 2-QAT qazandırır!
(®️) Azərbaycanda onlayn ödəmələr sahəsində lider olan Goldenpay/Hesab.az onlayn xidmətlər platforması Bakcell şirkəti ilə birlikdə təqdim etdiyi Qurban bayramına özəl kampaniya ilə istifadəçilərini sevindirməyi unutmur.
Bakcell şirkəti və Hesab.az-ın birgə təqdim etdiyi kampaniyada 16 İyul - 24 İyul tarixləri arasında Hesab.az-da Bakcell nömrələrinin balansını qeydiyyatlı şəkildə artıran istifadəçilər iştirak edəcək. Kampaniyanın şərtlərinə əsasən, “Ulduzum” kodu ilə Bakcell ödənişini həyata keçirən istifadəçilər həmin an 2-QAT Bonus və ya Hesab Koinlər qazanacaq.
Məlumat üçün bildirək ki, “Qazananlar Klubu” Hesab.az-ın sadiqlik proqramı çərçivəsində təqdim etdiyi proqramdır və Hesab.az-da qeydiyyatlı olan, yaxud yeni qeydiyyatdan keçən bütün istifadəçilər “Qazananlar Klubu”-na avtomatik qoşulurlar. Bonuslar və Hesab Koinlər istifadəçilərə təklif olunan Hesab.az-ın virtual məhsuludur və istifadəçilər ödənişləri müqabilində Bonuslar toplaya və ya seçimi dəyişərək Hesab Koin qazana bilirlər. İstifadəçilər “Qazananlar Klubu” çərçivəsində qazandıqları bonusları “Dərhal dəyiş” bölməsində sərfəli kampaniya və endirimlərə dəyişmək üçün, Hesab Koinləri isə, “Dərhal dəyiş” bölməsində təklif olunan hədiyyələr və eyni zamanda növbəti ödənişlər üçün sərf edə bilərlər.
Yeni layihə və kampaniyalar üzərində səylə çalışan Hesab.az komandası, yaxın zamanda istifadəçilərini sevindirməyə davam edəcək.
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.
Bakcell şirkəti ölkənin ən genişmiqyaslı loyallıq proqramlarından birini həyata keçirməklə öz abunəçilərini eksklüziv endirimlər və güzəştlərlə təmin edir. Azərbaycanda ən uğurlu loyallıq proqramlarından biri hesab olunan “Ulduzum”un geniş partnyor şəbəkəsi yüzlərlə yerli və beynəlxalq tərəfdaşın satış və xidmət nöqtəsini özündə birləşdirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)


