Azərbaycanda elektrik enerjisi istehsalı artıb
2021-ci ilin yanvar-iyun ayları üzrə elektrik enerjisinə dair operativ məlumatlara əsasən, iyun ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2.278,0 mlrd. kVt·st, ixracı 99,01 mln. kVt·st, idxalı 12,1 mln. kVt·st olub.
Energetika Nazirliyinin yaydığı məlumata görə, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə iyun ayında respublika üzrə elektrik enerjisinin istehsalı 122,8 mln. kVt·st, ixrac 0,4 mln. kVt·st, idxal isə 2,9 mln. kVt·st artıb.
Cari ilin yanvar-iyun aylarında isə respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 254,2 mln.kVt·st artaraq 13.206 mlrd. kVt·st olub.
Hesabat dövründə ötən ilin 6 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 161,7 mln. kVt·st artaraq 12.247,5 mlrd. kVt·st, SES-lərdə 92,5 mln. kVt·st artaraq 772,5 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 186,0 mln. kVt·st olub. Külək elektrik stansiyalarında 47,1 mln. kVt·st, günəş elektrik stansiyalarında 26,2 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 112,7 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
Birinci yarımildə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 11.829,2 mlrd. kV·ts (İES-lərdə 11.153,0 mlrd. kVt·st, SES-lərdə 676,2 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 211,0 mln. kV·st (İES-lərdə 99,9 mln. kVt·st, SES-lərdə 87,1 mln. kVt·st, GES-də 24,0 mln. kVt·st), müstəqil elektrik stansiyaları üzrə 1.131,1 mlrd. kVt·st təşkil edib.
Bu dövrdə elektrik enerjisinin ixracı 669,0 mln. kVt·st olmaqla, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 48,2 mln. kVt·st, idxalı isə 88,9 mln. kVt·st olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 17,4 mln. kVt·st artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
5 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər




.jpg)










.jpg)






